KOMA2is. Primitiv ev, daxma, daxal. Sığınıb dağda yapılmış komaya insanlar; Dırmaşır sərt qayalar üzrə bütün heyvanlar. A.Səhhət. Bu əhvalatdan sonra Nadirəni komada əliboş görmək olmazdı. Mir Cəlal. Az keçmədi gəlinlər gəlib onun komasını suladılar, su dolu bir sənək gətirdilər. Ə.Məmmədxanlı. // Ümumiyyətlə, təvazölə və ya zarafatla “ev” mənasında. Oturub ac komasında atamın; Biş-düşün hazır edərdim anamın. M.Ə.Sabir. [Əlləzoğlu:] Qız mənim komamda nə görüb ki? İ.Hüseynov.
Qiraət koması - kənddə mədəni maarif ocağı. [Cahan:] Hər yerdə qiraət koması açılır.. Ə.Haqverdiyev. Çox yerdə klub, qiraət koması, kitabxananın işləri qənaətləndirici deyildir. Ə.Sadıq. Paylaşın - Hamı bilsin
|