KOMBİNAT[lat. combinare - birləşmiş]
Texnoloji proses cəhətdən bir-birilə bağlı olan bir neçə müəssisəni birləşdirən iri sənaye müəssisəsi, yaxud texnoloji cəhətdən bir-biri ilə bağlı olmayan bir sənaye sahəsinə aid müəssisələrin inzibati birləşməsi. Süd-ət kombinatı. - ..Ipəktoxuyan kombinatda yüzlərlə ixtisaslı fəhlə çalışır. S.Rəhman. Bizə ət kombinatından belə bir ərzə gəlib; Ki, soyuqdan üşüyən mal-qaralar qeyzə gəlib. Ə.Vahid. // Yerli sənayedə xırda istehsalatlar, yaxud məişət xidməti müəssisələri birləşməsi. Rayon sənaye kombinatı. Məişət xidməti kombinatı. Zavod və müəssisələr yanında müxtəlif dərəcəli məktəblər birləşməsi. Tədris kombinatı. Paylaşın - Hamı bilsin
|