İzahlı lüğət

KOMANDA

is. [fr. kommande, lat. commandare-dən] 1. Komandirin, başçının müəyyən edilmiş qaydada qısaca şifahi əmri. Komandanı yerinə yetirmək. Hücum komandası. - Adamlar elə bil ümumi komanda ilə Tahirə sarı baxdılar. M.Hüseyn. // Ümumiyyətlə, amiranə tərzdə qısaca verilən əmr, sərəncam. Hər hansı bir hərbi hissədə başçılıq, komandanlıq. ..MədədovBədəlovun komanda etdiyi taqıma, Hacıyev isə Xolmoqortsevin taqımına getdi. Ə.Əbülhəsən. □ Komanda məntəqəsi - komandirin təlim və ya döyüş zamanı duraraq öz hissəsini idarə etdiyi xüsusi düzəldilmiş yer. Novruz batareya komandirinə tapşırıq verib komanda məntəqəsinə tərəf süründü. R.Rza. Əsgəri hissə, dəstə, yaxud xüsusi vəzifə daşıyan kiçik hərbi hissə. Pulemyot komandası. Keşikçi komandası. Gəmi heyəti, onun bütün qulluqçuları. Gəmi komandası. // Hər hansı bir vəzifəni yerinə yetirən adamlar heyəti. Yanğın komandası. Eyni bir idman növü ilə məşğul olan idmançılar dəstəsi, kollektivi. “Neftçi “futbol komandası. Güləşçilər komandası. Qadın basketbol komandası.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

KOR

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed