KƏHİLDƏMƏKf məh. Çətinliklə, tövşüyə-tövşüyə nəfəs almaq; ləhləmək, tövşümək. Tövlənin qapısı açıldı və cahıllar kəhildəyə-kəhildəyə (z.) atları töyləyə çəkib, kişmiş taylarını sürüyüb saldılar tövlənin bucağına. C.Məmmədquluzadə. Kişi kəhildəyib yerində eşələndi, kürəkləri bir də səslənib xırtıldaşanda nəfəsi genişləndi. B.Bayramov.
Paylaşın - Hamı bilsin
|