KƏDƏRis. [ər.] Qəm, qüssə, dərd, ruhi iztirab. [Maral:] Uff, bəxtiyarlıq içində ölmək, kədərlər, üzüntülər içində yaşamaqdan min qat xeyirli imiş... H.Cavid. Neçəsində fərəhim var; Neçəsində kədərim var. B.Vahabzadə. Səmədin ürəyini sonsuz bir kədər və ümidsizlik doldurdu. İ.Hüseynov. // Kədərlə şəklində zərf - qəmli, qüssəli, dərdli. Kədərlə başını aşağı dikmək. Kədərlə cavab vermək. - Azərbaycanda sevinc və şadlığa səbəb olan bu xəbər Həmədanda böyük bir kin və kədərlə qarşılandı. M.S.Ordubadi.
Paylaşın - Hamı bilsin
|