İzahlı lüğət

KƏF1

is. [fars.] Köpük (od üstündə bişən xörək və s.-də). Xörəyin kəfni götürmək. Sabun kəfi. - Qazan daşdı, kəfin al; Qaynadıqca kəfin al. (Bayatı). Mən əti doğrayıb qurtaranda Gülqədəm düyünün kəfini yığırdı. Ə.Vəliyev.
□□ Kəf getmək dan. - oğurlamaq, çırpışdırmaq, qoparmaq. Kəf gəlmək - hiylə işlədərək aldatmaq, kələk gəlmək. Gərək bu xəzinədardan göz olum ki, müştərilər bizim bu başısoyuğa kəf gəlməsinlər. “Kirpi”. Kəfə getmək - araya salıb mənimsəmək, özünə götürmək. [Salamov:] Adə, Bahadır bəy, sən ərinin yanında sırğalardan balaca söhbət sal, yoxsa qızıl sırğaları kəfə gedər, əri bilməz. C.Cabbarlı.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed