KƏFFARƏis. [ər.] Dindarların, öz günahlarını bağışlatmaq ümidi ilə verdikləri sədəqə, tutduqları oruc və s. Mənə meydən keçən gün tövbə verdi şeyx, ey Seyyid; Bu gün mən də alıb mey, şeyx üçün kəffarə göndərdim. S.Ə.Şirvani. □ Kəffarə vermək - müsəlmanlarda: günahı yumaq üçün bir şey (sədəqə) vermək. [Çiçək xanım:] Sənin sifətini görən sill tapar, gərək kəffarə versin. N.Vəzirov.
Paylaşın - Hamı bilsin
|