KƏFƏNLİKis. Kəfənə yarar, kəfən üçün işlədilən parça. Pambığın hər qozası düşmənə; Olmalı bir kəfənlik. R.Rza. Kimsə qara gün üçün yaxdanda saxladığı kəfənliyini gətirdi, meyiti kəfənləyib cənazəyə qoydular və üstünə kəlağayı örtdülər. İ.Şıxlı. // Sif. mənasında. Ana.. səliqə ilə qatlayıb özü üçün saxladığı kəfənlik ağa baxdı. Ə.Əbülhəsən.
Paylaşın - Hamı bilsin
|