KİTABXANAis. [ər. kitab və fars. ...xanə]
Ümumi istifadə üçün kitabların toplandığı və mühafizə edildiyi yer. Kütləvi kitabxana. Məktəb kitabxanası. - Nərgiz özü isə kənd kitabxanasının müdiri olduğundan işə bir saatdan sonra gedəcəkdi. M.Hüseyn. // Kitablar toplusu, habelə onların saxlandığı yer. Alimin kitabxanası. Kitab saxlanan yer. Içəri otaq kitabxanadır. Müəyyən mövzuya həsr olunmuş kitablar seriyasının adı. Yazıçının kitabxanası. Keçmişdə: kitab mağazası. Paylaşın - Hamı bilsin
|