İzahlı lüğət

KİTAB

is. [ər.] 1. Üzərində hər hansı bir mətn olan vərəqlərin bir araya gətirilərək tikilib cildlənmiş nəşriyyat növü. // Əlyazması şəklində olan bu cür əsər. Qalın kitab. Böyük kitab. - Nə qədər ki, qamusları vərəqlədim, nə qədər ki camaat içində dolandım, “millət “sözünü nə eşitmədim, nə də bir kitabda gördüm. C.Məmmədquluzadə. Pul qalmadı, baxmışam hesabə; Getdi qələmə, kağız, kitabə. M.Ə.Sabir. Əski kitabları araşdırıb qocaman bir kitab aldım. S.Hüseyn. // Ayrıca çap olunmuş və ya çapa hazırlanmış böyük, ya kiçik həcmli əsər. Kitab yazmaq. Kitab nəşr etmək. Maraqlı kitab. Kitabın müəllifi. □ Kitab palatası - Azərbaycanda mərkəzi biblioqrafiya idarəsinin adı. Hər cür yazı üçün cildə tikilmiş kağız vərəqləri. “Qılınc və qələm “romanı iki kitabdan ibarətdir. □ Kitab dili - canlı dildən fərqli olaraq yazılı ədəbi dil üçün səciyyəvi olan dil, üslub.
□□ Kitab açdırmaq din. - Quranla fala baxdırmaq. Aman ay molla dayı, bir kitab açdır, fala bax; Tapmasan çarəsini, sən də de ordan: “ölübə!” M.Ə.Sabir. Kitab açmaq din. - Quranla fala baxmaq. Abidi çağırıb dedilər: - Bir kitab aç, görəkpadşahın dərdi nədir? (Nağıl). Kitab bağlamaq - tərifnamə yazmaq, mədh etmək. Adına kitab bağlamaq. - Bağladım vəcdə gəlib hüsnünə şerimlə kitab; Bu yolun yolçusu tək dərdə dözüb çəkdim əzab. S.Rüstəm. [Kərim baba:] ..Mən əgər yazı-pozu bilsəydim, gənclikdə göstərdiyim igidlikləri bir-bir yazar, böyük bir kitab bağlardım. A.Şaiq. Kitab bağlanmaq - sona çatmaq, sona yetmək, iş bitmək. [Aftil:] Bəh, bəh! Kitab bağlandı. C.Cabbarlı. Kitab əhli - b a x əhli-kitab (“əhl”də). Kitaba baxmaq - b a x kitab açmaq. Kitaba əl basmaq din. - Qurana and içmək. Kitabı bağlanmaq - axırı olmaq, sonu çatmaq, işi bitmək, qurtarmaq. Artıq kitabı bağlandı. - Daha bunun kitabı bağlandı, deyə bəzən neftçilər quyudan əllərini üzdülər. M.Hüseyn.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed