İzahlı lüğət

KİŞİLİK

is. 1. Qoçaqlıq, igidlik, mərdlik, mətanət, səbat, qeyrət, hünər. Hücuma başlarkən Bədəlov taqımına demişdi: - Bax, kişilik vaxtıdır, qırdığınızı qırın, olmadı əsir tutun.. Ə.Əbülhəsən. [Fərhad] döyüşçülərlə olduqca müxtəsər danışdı: - Hər kəsdə azərbaycanlı qanı varsa, bu gecə kişilik göstərməlidir. Ə.Vəliyev.
2. Kişiyə xas olan sifətlər, xüsusiyyətlər. [Hacı:] Mənim kişiliyim qalmayıb. C.Cabbarlı. [Hacı Kamyabın] kişiliyini yaxşı anlamaq lazım gələrsə, “arvadlar arasında kişi” sözü haqqında fikrini anlamaq gərəkdir.. Qantəmir. // Kişi heysiyyəti, mənliyi, qeyrəti. Müqim bəyin kişiliyinə toxunan bu atmacadan o, pul kimi qızardı. S.Rəhimov. // Kişi cinsi qabiliyyəti.
□□ (Heç) kişilik(dən) deyil - kişi adına yaraşmaz, insana yaraşmaz, layiq deyil. Qəssab Alı fikirləşdi ki, bu belə danışır, bunun kefinə dəyib Eyvazı əlindən almaq heç kişilikdən deyil. “Koroğlu”. [Əmrah:] Eh, nökərçilik də bir kişilik deyil. Ə.Haqverdiyev.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed