İzahlı lüğət

KAFİ

sif [ər. ] 1. Kifayət edən, bəs edən, tələbi təmin edən. Kafi qədər. Kafi məbləğ. // Zərf mənasında. Tələbə məclisi nizama saldı, lakin söylənən sözlər heç kəsi kafi dərəcədə məmnun etmədi. Çəmənzəminli. [Qafar:] Məgər sansız evlərin kirayəsi ona kafi deyil ki?.. S.S.Axundov. □ Kafi olmaq - yetmək, bəs olmaq, kifayət etmək. Tahir bu aləmin gözəlliyini başqasına da sevdirmək üçün sadə, tez-tez işlənən, adi sözlərin kafi olmadığını yalnız indi başa düşdü. M.Hüseyn.
İs. mənasında. Tələbənin, şagirdin biliyinə verilən ən aşağı müsbət qiymət. Riyaziyyatdan “kafi “almaq. Xəbər şəkilçisi ilə: kafidir - bəsdir, yetər, kifayətdir. [Roza:] Mənzilimiz böyükdür, beş otaq bizə kafidir, ancaq ... burada mənim istədiyim süs yoxdur. Çəmənzəminli.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed