KAFTARis. 1. zool. Səhra və yarımsəhra yerlərdə yaşayan və başlıca olaraq leş yeməklə keçinən yırtıcı məməli heyvan; goreşən. [Pəri nənə:] ..Keçmişdə bizim qədim qışlağa bir kaftar dadanmışdı. S.Rəhimov.
2. məc. dan. Qoca, çirkin, idbar adam haqqında (bəzən "qoca” sözü ilə söyüş məqamında). [Gülnaz və Sənəm Məşədi İbada:] Qoca kaftar, sənə on beş yaş olan qız nə gərək? U.Hacıbəyov. [Bədircahan:] ..Sənin adın çəkiləndə, a kaftar, Züleyxa xanımın qusmağı gəlir. N.Vəzirov. Paylaşın - Hamı bilsin
|