KAĞIZ-KUĞUZtop. dan. Yazılı kağızlar, yaxud lüzumsuz kağızlar. Qarı elə elədi ki, söhbət Mirzə Mustafanın başından fikrini dağıtdı, kağız-kuğuzunu yığışdırıb qoydu şkafa, dəftərxanasının qapısını bağlayıb getdi evinə. E.Sultanov. [Xəlil:] ..Otaqları elə silib-süpürüb aparıbdır ki, kağız-kuğuzdan savayı bir şey qalmayıbdır. N.Vəzirov. Şahmar yavaş-yavaş kağız-kuğuzu, cədvəlləri yığışdırır, kitabları üst-üstə qoyurdu. B.Bayramov.
Paylaşın - Hamı bilsin
|