İzahlı lüğət

KAİNAT

is. [ər.] 1. Bütün dünya sistemi (Yer, göy, ulduzlar və b. varlıqların məcmusu). Günəş kainatda mövcud olan saysızhesabsız ulduzlardan biridir. - [Qadın:] Yer, göy - bütün kainat bir xoş səda olaraq məni oxşayır, eyni zamanda da için-için inlədirdi.. Çəmənzəminli. Mənə elə gəldi ki, bizlərdən əvvəl nə yer, nə göy, nə həyat olmuş; Nə bu ucsuz-bucaqsız, gözəl kainat olmuş. M.Müşfiq.
Dünya, aləm, bütün yer üzü, bütün varlıq. [Almaz:] Deyirlər ki, səmimi eşqin ürəyi geniş olar. Orada kainat belə yerləşər. C.Cabbarlı. Göyləri sarsıdan bu qorxunc gurultudan bütün kainat titrədi. H.Nəzərli.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed