KALEYDOSKOP[yun.] 1. Əldə fırlatdıqda tez-tez dəyişən, rəngli naxışlar göstərən, boruşəkilli optik cihaz (oyuncaq).
2. məc. Hadisələrin, şəxslərin və s.-nin ardı-arası kəsilmədən dəyişməsi. Əgər “Ağa Məhəmməd şah Qacar” faciəsi kaleydoskop isə, görünür ki, cənab tənqidnəvis bu ləfzin nə olduğunu layiqincə düşünməyib, fəqət bir xarici ləfzi, heç məhəli olmayaraq istemal etmişdir; çünki cəmi tarixi faciələr kaleydoskopdurlar. Ə.Haqverdiyev. Paylaşın - Hamı bilsin
|