KARLIsif. 1. Yararlı, işəyarar, karagələn. Karlı adam. - Bu davada onlardan on nəfərdən çox karlı adam ölmüşdü. “Qaçaq Nəbi”. Tapançalardan hansı daha karlıdır? A.Şaiq. // məc. Güclü, böyük, möhkəm, bərk, təsirli. Karlı yara. Karlı yumruq. Karlı söz. Gec kəsər, karlı (z.) kəsər; Bir məzlumun ahı səni. (Ata. sözü).
Xeyirli, faydalı, qazanclı, istifadəli. [Qədir:] Cibim boş, ümid yerim yox! Zəmanə şuluqluq, .. bir karlı iş yox, filan yox! Mir Cəlal. İşbacaran, işgüzar; daha bacarıqlı, daha işlək. Həcərin karlı qardaşları vardı. “Qaçaq Nəbi”. [Rzaqulu:] ..Bir azca hələ bəlkə mən ondan karlıyam da. Nöşün o olsun, mən olmayım? N.Vəzirov. Paylaşın - Hamı bilsin
|