KARLIQis. Eşitmə qabiliyyətinin olmaması və ya nöqsanlı olması. Dil açmada karlıq da gedər, korluğumuz da; Çünki lallığımız doğmuş idi karlığımızdan. Şəhriyar.
Özünü karlığa vurmaq (qoymaq) özünü kar kimi, eşitməyən kimi göstərmək. Nəbi özünü karlığa vurub, ona yaxın gəlməsini əli ilə işarə edir. “Qaçaq Nəbi”. Paylaşın - Hamı bilsin
|