KARNİZ[alm. əsli ital.] 1. memar. Divarın yuxarı hissəsini tamamlayan, yaxud qapı, pəncərə üstündən uzanan horizontal çıxıntı. Üz tutdum o yüksək saraya doğru; Çıxdım pilləkəndən üzüyuxarı; Karnizlər tökülüb diş-diş görünür; Bizdəki qəflətə sanki o gülür. Şəhriyar.
2. Pəncərə və ya qapı üstündən pərdə asmaq üçün divara bənd edilən metal və ya ağac mil. Paylaşın - Hamı bilsin
|