İzahlı lüğət

KARTOÇKA

[rus.] 1. Üzərində bir şey yazmaq üçün düzbucaq şəklində kəsilmiş qalın kağız, ya karton vərəqəsi (kartoteka vahidi kimi). Kataloq kartoçkası. Kartoteka beş min kartoçkadan ibarətdir.
dan. Kiçik ölçüdə fotoşəkil. Foto kartoçkası. - [Zabit:] Yenə şübhən qalmışsa, al bax, [Arazın] jandarm idarəsində çəkilmiş əksi, - deyə kartoçkanı ona verdi. A.Şaiq.
Bilet və ya vərəqə şəklində vəsiqə. Üzvlük kartoçkası. Müxbir kartoçkası. - ..O biri günü, günorta zamanı mənzilə qayıdıb, masamın üstündə bir vizit kartoçkası tapdım: “Cəlil Məmmədquluzadə - “Molla Nəsrəddin” məcmuəsinin redaktoru”. Ə.Haqverdiyev.
köhn. Norma üzrə ərzaq və s. almaq üçün kəsilmə talonu olan blank. Çörək kartoçkası. Ərzaq kartoçkası. Kartoçka bürosu.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed