İzahlı lüğət

KƏRTƏNKƏLƏ

is. zool. Uzunsov bədənli, uzun quyruqlu, üstü sərt pulcuqlarla örtülü, iki cüt qısa və zəif ayağı olan sürünən heyvan. Orta məktəbin zoologiya kursunda sürünənlər bəhsində kərtənkələ, ilan, tısbağa və timsahlar haqqında qısa məlumat verilir. C.Cəbrayılbəyli. // məc. Aciz, əlsizqolsuz adam haqqında. [Elxan:] Aqşin, Aqşin, unutma ki, mən udula biləcək bir kərtənkələ deyiləm. C.Cabbarlı. Molla dayı! Oğluma bax sən hələ; Gör nə deyir bircə bu kərtənkələ. Ə.Nəzmi. // məc. Hiyləbaz, əl altından iş görən adam haqqında. İlana ağı verən kərtənkələ. (Məsəl). [Nüşabə:] Ey kərtənkələ, gəl hiyləni burax! Gözünü gizləmə, üzümə dik bax! A.Şaiq. [Rüstəm:] Hara gedirəm, bu kərtənkələ [Qoşatxan] qabağıma çıxır. M.İbrahimov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

KOM

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed