İzahlı lüğət

KƏSƏK

is. Quruyub bərkimiş palçıq yumrusu. Kəsəkləri əzmək. - Kəsək oturub daş üçün ağlayır. (Ata. sözü). Ayaqlarım yalın olduğuna görə yolun quru kəsəkləri məni incitdi. A.Divanbəyoğlu. Tahirlə yanaşı gedən İmran kişinin ayaqları kəsəklərə dəydikcə elə bil daşa dəyirdi. M.Hüseyn. Kəsək kimi - bərk. Kəsək kimi quru cad çörəyi [Arazı] doyurmadı. A.Şaiq. Varlığı daş kimi, kəsək kimi sərt; Bir insan eşqilə gülməyənlər var. S.Vurğun.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed