İzahlı lüğət

KƏSƏR

is. 1. Hər hansı bir kəsici alət. Atam hazırlanır əlində kəsər; Toyuq banlayanda başı kəsilər. S.Vurğun. // Soyuq silah. Yoxdur onun əllərində; Heç bir kəsər, heç bir silah. M.Dilbazi. Kəsmə qabiliyyəti; kəsicilik, itilik. Bıçaqda kəsər qalmayıb. - Zavallı, silahsız və kimsəsiz həbəşlərin boynunda faşist cəlladları öz qılıncının kəsərini yoxlayırdı. M.İbrahimov.
məc. Təsir qüvvəsi; güc, qüvvət. Sözün kəsəri yoxdur. - Ala gözlərində kəsər qalmadı; O şaqraq səsindən əsər qalmadı. Ə.Cavad. [Tərxan:] Hanı onlarda o kəsər, o hünər? Yüzünü bir əliağaclı yenər. A.Şaiq. Kəsərlə şəklində zərf - qətiyyətlə. Muxtar da eyni qətiyyət və kəsərlə Gəldiyevin üzünə baxdı və dedi.. Mir Cəlal.
□□ Kəsərdən düşmək - 1) kütləşmək, korşalmaq. Dəhrə kəsərdən düşüb, itiləmək lazımdır; 2) məc. təsirini itirmək, gücdən (təsirdən) düşmək, təsiri olmamaq, öz kəskinliyini itirmək. Sözü kəsərdən düşüb.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......