İzahlı lüğət

KƏSƏRLİ

sif 1. Yaxşı kəsən, iti. Kəsərli alət. Kəsərli bıçaq. Kəsərli xəncər. - Ortadan kəsərli, qəbzəsi qanlı; İstərəm indidən çalhaçal ola! “Koroğlu”.
Düz vuran, yaxşı atan. Kəsərli tapança. Kəsərli silah quldurun əlinə keçəndə, vay doğru və düz vətəndaşların halına! M.İbrahimov. Mən, cavan oğlanın belə kəsərli tüfənginin nə tüfəng olduğunu bilmək üçün alıb baxdım. M.Rzaquluzadə.
məc. Təsirli, kəskin, inandırıcı. Kəsərli danışıq. Kəsərli nitq. Kəsərli dəlil. - Qələmin axtarır ayrı bir peşə; Elə ki, kəsərli söz tapa bilmir. M.Araz.
□□ Kəsərli nəfəs - gəlişindən, danışığından yaxşılıq gözlənilən adam haqqında. Deyirlər sənin çox kəsərli nəfəsin var. “M.N.lətif”. [Qızlar:] Səni görüm, nəfəsin kəsərli olsun. Mir Cəlal.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

KEF

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed