KƏŞFis. [ər.] 1. Əvvəlcə məlum olmayan bir şeyi tapıb meydana çıxarma. Ibtidai insanlar tərəfindən odun kəşfi. Amerikanın kəşfi. Yeni neft yataqlarının kəşfi. - [Fərhadoğlu:] Biz bu mədən sularının kəşfində böyükhəyat mənası axtarırıq! S.Rəhimov. Geoloqlarımız ən dərin təbəqələrin kəşfi üçün lazımi tədqiqat aparırlar. M.Hüseyn. // Tədqiqat, axtarışlar nəticəsində tapılmış, aşkara çıxarılmış şey. Elmi kəşfi. Texnika sahəsində yeni kəşf □ Kəşf edilmək (olunmaq) “kəşf etmək” dən məch. Kitabla kəşfedilir; Qiymətli dəfinələr. M.Seyidzadə. Kəşfi edə bilməmiş alimlər bunu; Insan varlığının ilk duyğusunu. S.Vurğun. Kəşf etmək - tədqiqat, axtarışlar, müşahidələr nəticəsində tapmaq, aşkar etmək, meydana çıxartmaq, açmaq, müəyyən etmək. Kəşf etdiyim zaman
bir yeni qaynaq; Sinəmdə çırpışan ləkəsiz ürək; Açılır gül kimi fərəhlənərək. R.Rza. // məc. Bilmək, duymaq, hiss etmək, başa düşmək. Dibi görünməyən ümman göstərin; Baş vurum; Kəşf edim dərinliyini. B.Vahabzadə. Kəşf qılmaq köhn. - axtarıb tapmaq, müəyyən etmək. Kərəmin Əsli ilə yaz vəslin; Kəşf qıl Əsli xanımın əslin. S.Ə.Şirvani. Kəşf olmaq - aşkar olmaq, açılmaq, məlum olmaq. Heç fayidəbəxş olmadı tədbirlərim, heyf! Kəşf oldu bütün aləmə təqsirlərim, heyf. M.Ə.Sabir. 2. Kəşfiyyat. Kəşfə göndərdiyim adamlar qayıdıb Laçının dediklərinin doğru olduqlarını söylədilər. H.Nəzərli. Paylaşın - Hamı bilsin
|