KƏSHAKƏSis. 1. Kütləvi şəkildə kəsmə, doğrama: qırıb-tökmə, kəsib-tökmə.
məc. dan. Ağalıq etmə, vurub dağıtma, hökmranlıq (yalnız mənfi mənada). Bu xəbər açıqcasına hacının yüzbaşılığından, kəshakəs vaxtından verilirdi. Mir Cəlal. Oğrular, əyrilər kəshakəsdədir: Tale cəllad kimi hər gün qəsdədir. H.Arif. Paylaşın - Hamı bilsin
|