Kİ2Aşağıdakı mənalarda və hallarda işlədilən ədat.
Sual cümlələrinin sonunda gələrək, xəbərə aid olur, xəbərin və ya ümumiyyətlə, cümlənin mənasındakı sualı qüvvətləndirir. Ay Xanpəri, daha biz niyə dayanmışıq ki? M.Hüseyn. Burada təəccüblü nə var ki? S.Rəhimov. Ay bala, bir yerin ağrımır ki? Mir Cəlal. Əvəzliklərdən sonra gələrək, onu başqa sözlərdən fərqləndirir, daha çox nəzərə çarpdırır. [Fuad:] Sən ki mənim nişanlımsan? Cabbarlı. Bunu ki bizlərdə hamı bilir. S.Rəhimov. O ki yaxşı adamdır, usta! Mir Cəlal. Cümlənin sonunda etiraz məqamında işlədilir. Bu olmadı ki. M.S.Ordubadi. Mən uşaq-zad deyiləm ki. M.Hüseyn. Əsasən cümlələrin sonunda kinayə məqamında işlədilir. Bizlərdə südü stəkanla içməzlər. Bura şəhər-zad deyil ki. M.Hüseyn. Hamı bu cür ola bilməz ki. Ə.Vəliyev. Gözlənilməz bir hadisə baş verdiyi zaman əmələ gəlmiş vəziyyəti bildirmə məqamında işlədilir. Kişi yenə də məni yaxaladı ki... S.Rəhimov. [Sadıq:] Ay aman, bu da gəlib çıxdı ki... S.Rəhman. Kinayə, istehza və ya etiraf məqamında işlədilir. O lap uşaqdır ki. - [Salmanov:] Gəlsin, ondan qorxmuram ki. S.Rəhman. Paylaşın - Hamı bilsin
|