KİBRİTis. [ər.] Od almaq üçün ucunda kükürd olan nazik çubuq. Kibrit qutusu. Azad kibrit işığında onun sarı bənizini, tutqun firuzə gözlərini, hətta üzündəki çilləri bulaşıq bir şəkildə zor-güc seçə bildi. A.Şaiq. Uzaqda alışan bir kibritin də; Qoxusu burnunda duyulacaqdır. M.Araz. □ Kibrit çəkmək - ucu kükürdlü kibrit çubuğunu bir şeyə çəkib alışdırmaq. Əhməd qapıya yaxınlaşdı. Itələyib taybatay açdı. Kibrit çəkib çırağı yandırdı. İ.Şıxlı.
Paylaşın - Hamı bilsin
|