KÖÇ(LÜ)-KÜLFƏTLİzərf Ailə üzvlərinin hamısı birlikdə, bir yerdə. Köçlü-külfətli yola düşmək. - Mayın axırında köçlü-külfətli Kislovodskiyə gedəndə, növbədənxaric [Hacı Əliqulu] bizə yeddi bilet düzəltdi. Qantəmir. Murad kişi isə, demək olar ki, köçlü-külfətli yığışıb gündüzləri zəmidə, gecələri xırmanda keçirərdi. Ə.Əbülhəsən. [Hacı Həsən:] ..Köçlü-külfətli sərhədi aşıb getmək olmaz? Mir Cəlal.
Paylaşın - Hamı bilsin
|