KÖÇÜRMƏKf 1. Birinin yaşayış yerini dəyişdirmək, bir yerdən başqa yerə daşındırmaq. Ailəni yaylağa köçürmək. Bağa köçürmək. - Alyoşa isə, öz düşərgəsini həmin dəyədən çıxarıb, daha dərinlərə.. köçürmüşdü. S.Rəhimov. [Ümid:] Usta, Fərrux işini buraxıb ailəsini rayona köçürərmi? B.Bayramov. // Bir yerdən başqa yerə gətirmək, olduğu yeri dəyişmək, yerini dəyişmək, (heyvanlar, quşlar, bitkilər haqqında). - Meşəçi seleksiyaçılar Miçurinin seleksiya üsullarından istifadə edərək cənubda yetişən qoz, fındıq, püstə, şabalıd, badam və başqa meyvə bitkilərini şimaldakı rayonlara köçürə bilmişlər. (Qəzetlərdən).
məc. Ərə vermək. [Fəramərz kişi:] Qızı köçürəndən bəri işimiz yaxşı getməyir, əlimiz çatmayır. T.Ş.Simurq. [Yaqut:] Özün bilirsən ki, mən özgəsinin adaxlısıyam, bu yaxında məni köçürəcəklər. Ə.Məmmədxanlı. Surətini çıxarmaq, üzünü çıxarmaq, olduğu kimi mətni başqa yerə yazmaq. Yazını köçürmək. - [Qəndab:] [Məzahir] riyaziyyat dəftərimi.. xəlvətcə götürüb köçürür, sonra da üzümü bir yana çevirəndə mənim skamyama atırdı. B.Bayramov. // Ümumiyyətlə, yazmaq. Dəmirov çalışıb qeydlər götürdüyü, öz fikirlərini ağ kağızlara köçürdüyü zaman Qiyasəddinov içəriyə girdi. S.Rəhimov. B a x keçirmək1 Paylaşın - Hamı bilsin
|