KOLLEKSİYA[lat.] Elmi, bədii və tarixi əhəmiyyəti olan şeylərin müəyyən sistem üzrə düzülmüş toplusu. Qədim pullar kolleksiyası. Minerallar kolleksiyası. Markalar kolleksiyası. - Yay gecələri lampa işığına gələn cücüləri də yığıb saxlamaq, üzərində müşahidə aparmaq və bəzilərindən kolleksiya hazırlamaq faydasız olmaz. C.Cəbrayılbəyli. Darvin .. çoxlu minerallar, bitkilər və cücülər yığıb səliqə ilə onlardan kolleksiya hazırlayırdı. M.Axundov.
Paylaşın - Hamı bilsin
|