KONSULXANAis. [lat. consul və fars. xanə] Bir dövlətin, başqa bir dövlətin müəyyən məntəqəsində konsulun başçılıq etdiyi nümayəndəliyi, habelə həmin nümayəndəliyin yerləşdiyi bina. Vladiqafqazda hətta ədiblərimiz Molla Ismayılın səsini eşidəndə siçan dəliyini satın alıb konsulxanalarda gizlənirlər. C.Məmmədquluzadə. Bəhram şəhərdəki Iran konsulxanasında katiblik edirdi. Çəmənzəminli. Müsyö Qamel ingilis konsulxanasında özünə məxsus edilən otaqda istirahətə çəkildi. Qantəmir.
Paylaşın - Hamı bilsin
|