İzahlı lüğət

KÖNÜLSÜZ

sif. və zərf İstəmədən, istəməyərək, arzusuz, həvəssiz, ürəksiz, razılığı olmadan, istər-istəməz. Könülsüz getmək. Könülsüz oxumaq. - Qulu bu dəfə ümidsiz və könülsüz gəldi. A.Şaiq. Bibi könülsüz də olsa, qardaş oğlunun sözlərini dinlədi. Ə.Vəliyev. Gülpəri çox könülsüz cavab verirdi. H.Seyidbəyli. □ Könülsüz tikə - istənilməyən, arzu edilməyən, ürəyə yatmayan adam, şey haqqında. ..Cəmilə xanımın ərindən zəhləsi gedirdi, onu görəsi gözü yox idi, könülsüz tikə kimi qəbul edirdi. E.Sultanov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed