KÖPis. 1. Şiş, qabarma. □ Köpünü almaq
şişini, qabarmasını yatırtmaq. Ocaqqulu kişi oxlovu qapıb xəşilə batırdı və onun köpünü aldı. S.Rəhimov. 2. Qarının qazla dolma nəticəsində qabarması, köpməsi. Uşağın qarnı köpdü. - [Nümayəndə:] O yerlərin camaatının rəngi sarı, bədəni zəif, qarınları köplə dolu olur. Ə.Haqverdiyev. □□ Köpü alınmaq (yatmaq) - zorla sakitləşdirilmək, təşəxxüsdən düşürülmək. ..Cəbişin köpü alındı. Qəhrəmana da faytonçunun kiriməyi lazım idi. S.Rəhimov. Dildarın hirsi xeyli soyumuş, köpü bir az alınmışdı. Ə.Vəliyev. Köpünü almaq - sakitləşdirmək, hirsini soyutmaq, aram etmək. Bu gün korun köpünü alacaqlar. M.Hüseyn. Paylaşın - Hamı bilsin
|