İzahlı lüğət

KÖPMƏK

f 1. Köp əmələ gəlmək; şişmək, qabarmaq, qalxmaq. [Qadının] solğun üzü köpmüş və göy ləkələrlə örtülmüşdü. M.İbrahimov. Torpaq köpmüş, hər yanda böyük-kiçik gölməçələr əmələ gəlmişdi. H.Seyidbəyli.
Gəlmək, acımaq (xəmir haqqında). Xəmir köpdü.
dan. zar. Yatmaq, yatıb qalmaq. Səhərə qədər köpüb qalıbdır. - [Qıssa:] Dağa gedirsən, evini yığışdır apar, getmirsən, yum ağzını, köp yerində. Mir Cəlal.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......