KÖPÜK1is. Yırğalanan, hərəkət edən maye və ya yarımmaye kütlə üzərində əmələ gələn içərisi hava, ya da qazla dolu girdə qabarcıqlar yığını. Suyun köpüyü. Dəniz köpüyü. - Köpüklərlə üzə-üzə; Dalğalara qarışdım; Martılarla yarışdım. A.Şaiq. Çaylardakı ağ köpük; Yanında bir boz çöpük. Ə.Cavad. // Süd və s. mayelər qaynadıqda üzərlərində əmələ gələn qabarcıqlar. Südün köpüyü. // Sabun və bəzi yuyucu maddələrin suda həll olmasından hasil olan ağrəngli qabarcıqlar. Sabun köpüyü. // Ət və s. suda qaynadıqda üzərinə yığılan tullantı hissə; kəf. Xörəyin köpüyünü yığmaq. Bozbaş köpük eləyib. - Salmanova mürəbbənin köpüyünü alırdı. Ə.Əbülhəsən.
□□ Köpük kimi - qiymətsiz, əhəmiyyətsiz şey haqqında. Paylaşın - Hamı bilsin
|