KÖPÜKLÜsif Köpüyü olan, köpük verən, köpük edən, köpüklənən, köpüklə örtülü. Köpüklü su. Köpüklü ləpələr. - Qara dənizin köpüklü dalğaları çınqıllara toxunaraq, qəribə bir musiqi kimi tərənnüm edir. H.Nəzərli. Ağ mərmər pilləkənlər köpüklü bir dağ çayı kimi dördüncü mərtəbədən üzüaşağı axırdı. Ə.Məmmədxanlı. Ağ köpüklü şəlalələr; Qayaları ovub dələr. M.Dilbazi.
Paylaşın - Hamı bilsin
|