İzahlı lüğət

KÖVRƏLMƏK

f. 1. Ovulmaq, dağılmaq. Lavaş kövrəlib.
2. Bax kövrəklənmək 2-ci mənada. [Xavər] sevincindən kövrəlmiş halda qapını açdı.. M.İbrahimov. Qoca sanki öz acı istehzasından özü kövrələrək, yaşarmış gözlərini kənara çevirdi. Ə.Məmmədxanlı. Arvadın kövrəldiyini görən kişi, Ümidin başına gələn əhvalatı qəti dandı.. B.Bayramov.
□□ Ürəyi (qəlbi) kövrəlmək - b a x kövrəklənmək 2-ci mənada. [Mahmud:] Sən ağlayanda mənim də ürəyim kövrəlir, ağlamağım tutur. Ə.Haqverdiyev. Bizimlə görüşərkən ürəyi kövrəlib ağladı. A.Şaiq. Dodağı
nəğməli bu büllur bulaq; Könlümü açmayır, kövrəlir könül. M.Rahim.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

KOR

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed