KÖVRƏLTMƏKicb. 1. Kövrək hala salmaq, kövrək etmək.
2. məc. Tez təsirləndirmək, mütəəssir etmək; riqqətləndirmək, doluxsundurmaq. Uşağı kövrəltmək. Ağır xəbər qadını kövrəltdi. - Gəlinin sözləri anasını da kövrəltdi. Çəmənzəminli. [İnci:] Sən məni kövrəltdin, Gülər. S.Rəhman. Qızı təzədən kövrəltməmək üçün Aqil ondan ağlamasının səbəbini də soruşmadı.. Q.İlkin. □□ Ürəyini (qəlbini) kövrəltmək - bax ürək. Məsmə oğlunun ürəyini kövrəltmək istəmədi, daha da təsəlli verdi. Mir Cəlal. Hümmətyarın bu cür hərəkət etməsi Xanpərinin qəlbini kövrəltdi. Ə.Vəliyev. Paylaşın - Hamı bilsin
|