İzahlı lüğət

KÖVŞƏN

is. 1. Taxıl əkilmiş yer; zəmi. Heç keçilər öz-özünə kövşəndən çıxıb canavara yem olarmı? S.Rəhimov. [Ataş:] Atam kövşəndə taxıl biçəndə anam xırmanda vəl sürürdü, sovruq atırdı.. Ə.Vəliyev. // Taxılı biçilmiş tarla. Dağlarda, daşlarda, kövşənlərdə Alı kişinin ayağı dəyməmiş bir qarış da yer qalmamışdı. “Koroğlu”. Kəhər kövşənin ortasında, yoldan xeyli aralı uçuq bir xarabalığın səmtinə çatırdı. M.İbrahimov. ..Taxılı biçilib yığılmış kövşənlər tez-tez birbirlərini əvəz edirdi. İ.Əfəndiyev.
Küləş. Kövşən dam. - Yeddi-səkkiz addım kənarda, üstü kövşənlə örtülmüş emalatxananın yoğun dirəyinə söykənib Xəlilin tanımadığı bir kəndli ilə söhbət edən katibini səslədi. M.Hüseyn.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed