KÖYNƏKis. 1. Bədənin yuxarı hissəsinə geyilən yüngül geyim. Ipək köynək. Miləmil köynək. Köynək tikdirmək. Köynəyini ütüləmək. - [Qız:] Keçən il burada student olurdu, həmişə evdə bir köynəkdə oturardı. Çəmənzəminli. Nazlı əynindəki tünd şabalıd rəngli .. köynəyini çıxartdı.. S.Rəhman. // məc. Libas, paltar mənasında (adətən rəng adları ilə). Yaşıl köynəyini geyinir meşə; Yaxama quş kimi qonur bənövşə. S.Vurğun. Köynəyi al ipək lalə; Zərif qəşəng, göyçək lalə. M.Rahim.
Musiqi alətlərini və s.-ni qoymaq üçün parçadan və s.-dən tikilmiş torba; çexol. ..Bəlli Əhməd sazı ipək köynəkdən çıxartdı. “Koroğlu”. Çıxartsın köynəkdən Ələsgər sazı; Genə cuşa gəlsin eşqi, avazı.. Aşıq Ələsgər. [Pərşan:] Iki dəqiqə keçməmiş xüsusi köynək içində saxlanan sazı gətirdi. M.İbrahimov. tex. Örtük, sipər. ..Qoruyucu köynək həncama vasitəsilə birləşdirilmiş oynaqlı iki yarımhissədən ibarətdir. M.Süleymanov. Baramanın iç qatı. // Buğdanın üstündə olan nazik qabıq. məh. Arabanın dəmir oxunun yerləşdiyi ağac hissə. □□ Köynək-köynək (bir köynək) ət tökmək - bərk utanmaq, xəcalət çəkmək, pərt olmaq, xəcil olmaq, xəcalətindən yerə girmək. Qədir buraxıldısa da, məscid həyətində bir köynək ət tökdü. Mir Cəlal. [Nəcəfalı:] Bu gün qolu-qıçı sınanları yığıb şəhərə apardıqlarını eşidəndə köynək-köynək ət tökmü şəm. B.Bayramov. Köynəyinin yaxasından keçirmək etnoqr. - övladlığa götürmək əlaməti olaraq körpə uşağı köynəyinin yaxasından keçirməkdən ibarət köhnədənqalma adət. Xala, qızı köynəyinin yaxasından keçirib, özünə övlad etmişdi. B.Bayramov. Paylaşın - Hamı bilsin
|