
MABEYNis. [ər.] köhn. Ara, aralıq; orta, ortalıq. ..Məişət ilə məktəbin mabeynində əsla ittifaq və saziş yoxdur. F.Köçərli. [Baqqal Məşədi Rəhim:] Bax, Molla dayı, and verirəm səni mabeynimizdə olan sədaqətə, əgər evinizdə qənd var, xub olsun, əgər yoxdursa, beş-on girvənkə yarmarka qəndi apar. Məmmədquluzadə.
Paylaşın - Hamı bilsin
|