İzahlı lüğət

M (ID - 27549)

Azərbaycan əlifbasının on doqquzuncu hərfi. Bax em.

MAAF (ID - 27550)

is. [ər.] köhn. Hər cür vergi və mükəlləfiyyətdən azad olan kəndli.

MAARİF (ID - 27551)

is. [ər.] Əhali arasında savad, bilik, mədəniyyət yaymaq üçün mütəşəkkil surətdə həyata keçirilən tədbirlər sistemi. Xalq maarifi. Maarif xərcləri. Maarif şöbəsi. // Əldə edilən bilik, təhsil, savad. Maarifə meyil və həvəs....

MAARİFÇİ (ID - 27552)

MAARİFÇİLİK (ID - 27553)

is. 1. Maarifi yayma, maarif tərəfdarı olma; maarifpərvərlik. “Bahadır və Sona” kimi lirik bir əsərdə də ədib öz maarifçilikfıkirlərini davam etdirir. M.Arif.
2. tar. XVII-XVIII əsrlərdə Qərbi Avropada və XVIII-XIX əsrlərdə...

MAARİFLƏNDİRİLMƏ (ID - 27554)

“Maarifləndirilmək” dən f.is.

MAARİFLƏNDİRİLMƏK (ID - 27555)

məch. Təlim və təhsil nəticəsində elm, bilik verilmək; mədəniləşdirilmək, savadlandırılmaq.

MAARİFLƏNDİRMƏ (ID - 27556)

“Maarifləndirmək” dən f.is.

MAARİFLƏNDİRMƏK (ID - 27557)

f Maarif, elm, bilik, mədəniyyət vermək; savadlaşdırmaq. Xalqı maarifləndirmək.

MAARİFLƏNMƏ (ID - 27558)

“Maariflənmək” dən f.is.

MAARİFLƏNMƏK (ID - 27559)

qayıd. Elmli olmaq, bilik qazanmaq, mədəniləşmək, savadlanmaq.

MAARİFPƏRƏST (ID - 27560)

[ər. maarif və fars. ...pərəst] bax maarifçi 1-ci mənada.

MAARİFPƏRƏSTLİK (ID - 27561)

bax maarifçilik
-ci mənada.

MAARİFPƏRVƏR (ID - 27562)

[ər. maarif və fars. ...pərvər] bax maarifçi 1-ci mənada. Söz yox, maarifpərvərlərimizdən çoxları tapıla bilər ki, bəzi qəzetləri əvvəlinci nömrəsindən ilin axırınadək yığıb kitab bağlayırlar. Məmmədquluzadə. Qəzetin...

MAARİFPƏRVƏRLİK (ID - 27563)

bax maarifçilik 1-ci mənada. Heyf səd heyf ki, ittifaqı pozan və ittihadın bünövrəsinə rəxnə yetirən əvvəlcə o kəslər oldu ki, maarifpərvərlik ismini üstlərinə götürüb rəyasətlik iddiasındadırlar. F.Köçərli.

MAAŞ (ID - 27564)

MAAŞLI (ID - 27565)

sif 1. Maaş alan, maaşla olan; donluqlu, məvacibli. Maaşlı iş.
məc. Maaşı çox olan, yaxşı maaş verilən, əmək haqqı böyük olan. Maaşlı vəzifə.

MABAQİ (ID - 27566)

is. [ər.] köhn. Bir məbləğin, bir hesabın qalığı, qalan hissəsi. [Əhməd:] Axtar, gör bir üç manat tapa bilərsənmi? Mabaqisi sonra da çata bilər. N.Vəzirov.

MABEYN (ID - 27567)

is. [ər.] köhn. Ara, aralıq; orta, ortalıq. ..Məişət ilə məktəbin mabeynində əsla ittifaq və saziş yoxdur. F.Köçərli. [Baqqal Məşədi Rəhim:] Bax, Molla dayı, and verirəm səni mabeynimizdə olan sədaqətə, əgər evinizdə qənd...

MABƏD (ID - 27568)

is. [ər.] köhn. Ard, dal, davam. Bir gecəlik söhbətin min gecə mabədi var. (Ata. sözü). [Mehdi bəy:] Cümə axşamı bugünkü kefin mabədi bizdədir. S.S.Axundov.

MAC1 (ID - 27569)

is. Kotan dəstəsi. ..Qara kəlim qarğıyar; Kotan macı tutana. (Bayatı).

MAC2 (ID - 27570)

is. [ər.] köhn. Yarımay, hilal.

MACAL (ID - 27571)

MACALSIZ (ID - 27572)

sif. Macalı olmayan, başı qarışıq, vaxtı, imkanı olmayan. Macalsız adam.

MACALSIZLIQ (ID - 27573)

is. Macalı olmama, vaxtı olmama.

MACARCA (ID - 27574)

sif. və zərf Macar dilində. Macarca dərslik. Macarca danışmaq.

MACAR(LAR) (ID - 27575)

Macarıstanın əsas əhalisini təşkil edən və dil cəhətdən fin-uqor qrupuna daxil olan xalq və bu xalqa mənsub adam.

MACƏRA (ID - 27576)

is. [ər.] 1. Başa gələn həyəcanlı hadisə; qəziyyə, sərgüzəşt. Onun başına böyük macəralar gəlmişdir. - Nabat zənn edirdi ki, Şəkərəli bir şey bilmir və onu dilgir, qəmgin edən macəradan xəbərsizdir. T.Ş.Simurq. Açmasam...

MACƏRAÇI (ID - 27577)

sif. və is. Macəra (2-ci mənada) sevən, macəra axtaran, macəra düzəldən adam; avantüraçı. [Fəxrəddin:] Mənə Bağdada yola düşdüyüm zaman Bağdadın cadugər və macəraçılar, hiyləgərlər [şəhəri] olduğunu demişdi. M.S.Ordubadi....

MACƏRAÇILIQ (ID - 27578)

is. Macəra sevmə, macəraya meyil; avantüraçılıq.

MAÇ1 (ID - 27579)

is. dan. Öpüş, öpmə. [Təlxək əcinnə:] ..Barı heç olmasa o şirin dodaqlarından mənə bir maç ver. Ə.Haqverdiyev. □ Maç eləmək dan. - öpmək, öpüş almaq.

MAÇ2 (ID - 27580)

is. məh. Lobyanm və s. sarmaşan bitkilərin sarmması üçün yerə sancılan ağac.

MAÇA (ID - 27581)

is. 1. Qoyun və başqa heyvanlarm dirsəkdən aşağı bilək hissəsi. Maça əti. Maça bozbaşı.
İri aşıq, böyük aşıq (b ax aşıq2 1-ci mənada). Aşıqların irisi və xırdası olardı. Xırdasına aşıq, bir qədər irisinə isə maça...

MAÇAMAÇ (ID - 27582)

1. zərf Marçıltı ilə, marçıltı səsi çıxararaq, marçamarçla. Maçamaç öpmək.
is. Bir-birini öpmə (çoxları haqqında) .

MAÇA-MAÇA (ID - 27583)

is. Maça ilə oynanılan uşaq oyunu; aşıq-aşıq. Uşaqlar maça-maça oynayırlar.

MADAM (ID - 27584)

bağl. [ər.] Cümlənin əvvəlində gəlib, məzmununda güzəşt olmayan cümləyə güzəştlik xüsusiyyəti verir - bu səbəbə görə ki, buna görə ki (çox vaxt “ki” bağlayıcısı ilə işlənir). [Bəhram:] Madam ki, .. insanlar məkr...

MADAM (ID - 27585)

[fr.] Fransada, 1917-ci il inqilabından qabaq isə Rusiyada və bəzi başqa ölkələrdə: ərli qadına (adətən familiyasına qoşularaq) müraciət edilərkən işlədilir; xanım. “Madam Bovari” romanı. // köhn. Qadın (adətən “avropalı...

MADAPOLAM (ID - 27586)

[coğr. addan] Adətən alt paltarlıq, sıx ağ pambıq parça. // Həmin parçadan tikilmiş. Madapolam köynək.

MADAR (ID - 27587)

sif. [ər.] Ən istəkli, ən əziz; arxa, ümidgah (övlad haqqında). [Qarı:] ..Ay xanım, madar bir qızım var. “Abbas və Gülgəz” . [Güldanə:] Bilirsiniz ki, mən ata-anamın madar qızıyam. Ə.Vəliyev. [Gilə:] Mənim də varım-dövlətim...

MADDƏ1 (ID - 27588)

is. [ər.] 1. Təbiətdəki fiziki cisimlərin əsasını təşkil edən şey. Qida maddələri. Zəhərləyici maddələr. Üzvi maddələr. // Cisim, şey.
Bax materiya 1 və 2-ci mənalarda.
dan. Bədənin bir yerində gizli illət, açılmamış...

MADDƏ2 (ID - 27589)

is. [ər.] 1. Rəsmi bir sənəddə, siyahıda, lüğətdə və s.-də müstəqil bölgü; bənd, paraqraf. Cinayət kodeksinin beşinci maddəsi. - [Mindilli:] Bax, bununla aktdakı maddələri heçə çıxartdın. S.Rəhman.
2. mal. Büdcədə və...

MADDƏBƏMADDƏ (ID - 27590)

zərf [ər. maddə və fars. ...bə...] Maddə-maddə, bəndbəbənd; maddələr üzrə. Qərarı maddəbəmaddə müzakirə etmək.

MADDİ (ID - 27591)

sif [ər.] 1. Şüurdan asılı olmayaraq mövcud olan; cismani, fiziki. Maddi varlıq. Maddi aləm. // Maddəyə aid olan.
2. Pula, mala, mülkə aid olan. Maddi kömək. Maddi imkan. Maddi nemətlər. Maddi vəziyyət. - Qonşu hökumətlər Atabəylər...

MADDİLƏŞMƏ (ID - 27592)

“Maddiləşmək” dən f.is.

MADDİLƏŞMƏK (ID - 27593)

f Maddi şəkil almaq, konkret şəkil almaq.

MADDİLİK (ID - 27594)

is. Maddədən ibarət olma, maddi şeyin xassəsi (mənəvilik ziddi). // Şüurdan asılı olmayaraq mövcud olma; cismanilik.

MADDİYYAT (ID - 27595)

is. [ər.] klas. Maddi, cismani şeylər (mənəviyyat əksi).

MADERA (ID - 27596)

[coğr. addan] Tünd üzüm şərabı növü.

MADƏR (ID - 27597)

is. [fars.] klas. Ana. Madərləriniz etdi sizə mehrü məhəbbət; Ağuşi-şəfəqqətdə sizi bəslədi rahət. M.Ə.Sabir. Bəşşaş oturub yanında madər; Hərdən beşiyi əlilə yellər. A.Səhhət.

MADƏRŞAHLIQ (ID - 27598)

is. tar. Qadın qohumluğu xəttinə əsaslanan və qadının hakim olduğu qəbilə qruplarından ibarət ibtidai icma quruluşu forması; matriarxat.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed