MAYELƏŞDİRMƏ (ID - 28049)“Mayeləşdirmək” dən f.is.
|
MAYELƏŞDİRMƏK (ID - 28050)f Maye halına salmaq; durulaşdırmaq. Qazı mayeləşdirmək.
|
MAYELƏŞMƏ (ID - 28051)“Mayeləşmək” dən f.is.
|
MAYELƏŞMƏK (ID - 28052)f Maye halına keçmək; durulaşmaq. Buxar mayeləşir.
|
MAYGÜLÜ1 (ID - 28053)bax mixəkgülü.
|
MAYGÜLÜ2 (ID - 28054)is. zool. Bir çox növləri olan başı, boğazı və döşü sarı-qırmızı və ya tündqırmızı rəngli su quşu; sufərəsi.
|
MAYIF (ID - 28055)sif [ər.] Şikəst, əlil, eyibli, nöqsanlı. [Hacı:] Kor olsun, topal olsun, mayıf olsun, övlad olsun! Mir Cəlal.
|
MAYIFLAŞMA (ID - 28056)"Mayıflaşmaq” dan f.is.
|
MAYIFLAŞMAQ (ID - 28057)f Əlil olmaq, şikəst olmaq.
|
MAYIFLIQ (ID - 28058)is. Mayıf olma; şikəstlik, əlillik.
|
MAYİS (ID - 28059)köhn. bax mav. Mayisin dadlı gecələrindən idi. Çəmənzəminli. [Knyaz:] Bir mayis dəvət edildim Batuma. H.Cavid.
|
MAYİSGÜLÜ (ID - 28060)b ax mavgülü1. Bahara məxsus ağ buludlar mayisgülünün qırmızı yanaqlarını kirşanlamağa hazırlaşırdı. M.Ibrahimov.
|
MAYKA (ID - 28061)[rus.] Qolsuz və ya qısaqollu, yaxalıqsız trikotaj yay köynəyi. İdmançı maykası. - Qırmızı yaxalıqlı ağ mayka geyinmiş gənc, sağlam cavanlar dəstə-dəstə, dalğa kimi küçələrə doluşurdu. Mir Cəlal.
|
MAYKALI (ID - 28062)sif Mayka geymiş, əynində mayka olan. Məmməd sarı maykalı rəqibini geridə buraxdı. H.Seyidbəyli.
|
MAYQABAGI (ID - 28063)sif. tar. May bayramı ərəfəsində, yaxud yaxınlaşan may bayramı şərəfinə olan. Mayqabağı yarış.
|
MAYMAQ (ID - 28064)sif Çox huşsuz, key, fərasətsiz, bacarıqsız, aciz-avara. Maymaq uşaq. // Is. mənasında. Maymağın biridir. - [Bayram:] Onun üçün istəyir səni öz oğluna, .. o maymağa verə ki, ömründə bir sərçə vurduğu, bir quzu oğurladığı...
|
MAYMAQCASINA (ID - 28065)zərf Maymaq kimi, mənasız-mənasız. Maymaqcasına baxmaq.
|
MAYMAQLIQ (ID - 28066)is. Maymaq adamın hal və xüsusiyyəti. Sən onun elə maymaqlığına baxma, yamanca saman altından su yeridəndir. S.Rəhimov.
|
MAYOR (ID - 28067)[lat.] Kapitandan sonra gələn zabit rütbəsi, habelə belə rütbəsi olan adam. [Qonaqların] yanında Tahirin ilk dəflə gördüyü təyyarəçi bir mayor da vardı. M.Hüseyn.
|
MAYORLUQ (ID - 28068)is. Mayor rütbəsi.
|
MAYYA (ID - 28069)is. [sanskr.] Qədim və orta əsr hind fəlsəfəsində universal anlayışlardan biri.
|
MAYYA-SOKE (ID - 28070)is. Cənubi Afrikada dil ailəsi.
|
MAZ (ID - 28071)[rus.] 1. Dəriyə sürtmək üçün tərkibində dərman maddələri olan qatı yağ qatışığı.
2. Hər hansı bir şeyi yağlamaq üçün qatı yağlı maddə. Ayaqqabı mazı. |
MAZAQ (ID - 28072)is. [ər.] vulq. Zarafat, əylənmə, dilxoşluq (adətən kişi ilə qadın arasında).
|
Mazaq (ID - 28073)etmək (eləmək) - əylənmək, zarafatlaşmaq, dilxoşluq etmək. [Xan:] Baxın, Pərviz xanın baş hərəmi öz ərinin gözünün qabağında nökər ilə mazaq eləyir. Ə.Haqverdiyev.
|
MAZAQLAŞMA (ID - 28074)vulq. “Mazaqlaşmaq” dan f.is. [Süleyman:] ..Bütün kolxoz Tofiqin [Atlazla] mazaqlaşmasından danışır. M.Ibrahimov.
|
MAZAQLAŞMAQ (ID - 28075)qarş. vulq. Dilxoşluq etmək; zarafatlaşmaq, oynaşmaq. [Pəricahan:] Ağa əvvəllər mənlə mazaqlaşardı. S.S.Axundov. [Çərkəz:] Günü qara lap özünü açıb, - deyə xəyalından keçirdi, - indidən mazaqlaşmaq istəyir. Allah sizin damazlığınızı...
|
MAZARAT (ID - 28076) |
MAZAT (ID - 28077)is.: özünü mazata qovmaq dan. naz eləmək, təşəxxüs satmaq. [Balaqız Gülnisəyə:] Nahaq yerə özünü mazata qoyma! Ə.Haqverdiyev.
|
MAZER (ID - 28078)is. [ing.] Radiodalğalar diapazonunda işləyən kvant generatorunun adı.
|
MAZGAL (ID - 28079)is. Qala divarlarında və s.-də atışma üçün qoyulan deşik. O, bu sərrast güllələrin əncüməndəki mazğaldan atıldığını öyrənəndə, qudurub bütün top və tüflənglərin atəşini bu mazğala çevirməyi əmr etdi. P.Makulu.
|
MAZGALLI (ID - 28080)sif. Mazğalı olan. Dırmaşmışdı uşaqlar; Mazğallı divarlara. Ə.Cavad.
|
MAZI (ID - 28081)is. 1. Bəzi ağacların üzərində həşərat yumurtacıqlarından əmələ gələn yumru fır (ur). Ağacda var mazılar; Könlüm səni arzular; Əyil, üzündən öpüm; Qoy baxsın tamarzılar. (Bayatı). ..Bir xəlvətyerdə bir belə şəkil çəkilib:...
|
MAZI-MAZI (ID - 28082)is. Düz və hamar yerdə mazı (2-ci mənada) ilə oynanılan oyun. Mazı-mazı oynayan on yeddi-on səkkiz yaşındakı gənclərin səsindən qulaq tutulurdu. Çəmənzəminli.
|
MAZİ (ID - 28083)is. [ər.] 1. klas. Keçmiş zaman, keçmiş. Qəmli mazisini hekayət edər; Taleyindən bütün şikayət edər. A.Səhhət. [Qətibə:] Mazilərimiz bəşəriyyətin gəncliyi dəfn edilən bir məzardır. M.S.Ordubadi.
2. qram. Felin keçmiş zamanının... |
MAZLAMA (ID - 28084)“Mazlamaq” dan f.is.
|
MAZLAMAQ (ID - 28085)f 1. Maz sürtmək, maz çəkmək. Ayaqqabını mazlamaq. // məc. zar. Üzünə yağ və ya başqa bir şey çəkmək.
2. məc. dan. Üstünü malalamaq, ört-basdır eləmək. |
MAZLI (ID - 28086)sif Maz sürtülmüş, maz çəkilmiş.
|
MAZÜRKA (ID - 28087)[pol. mazurek] Üçölçülü taktı olan polyak milli rəqsi, habelə həmin rəqsin musiqisi. Mazurka oynamaq. // Həmin rəqs ritmində musiqi əsəri. Şopenin mazurkası.
|
MAZÜT (ID - 28088)is. Neftdən ağneft, benzin və qazolin ayrıldıqdan sonra qalan yağlı qatı maddə. Qıra mazut qatmaq. Yanan mazutdan çıxan his. - Daşı, duzu, mazutu, torpağı cavahirdir; Xəzinələr elimin hər yerində zahirdir. Ə.Vahid.
|
MAZUTLAMA (ID - 28089)“Mazutlamaq” dan f.is.
|
MAZUTLAMAQ (ID - 28090)f Mazut sürtmək, üzərinə mazut çəkmək; mazuta bulamaq. Borunu mazutlamaq.
|
MAZUTLANMA (ID - 28091)“Mazutlanmaq” dan f.is.
|
MAZUTLANMAQ (ID - 28092)məch. Mazut sürtülmək, mazut çəkilmək; mazuta bulanmaq.
|
MAZUTLU (ID - 28093)sif Mazut sürtülmüş, mazuta bulanmış, mazutu olan. Qənbərli mazutlu əli ilə gözlərini ovdu. S.Rəhimov. [Fərhad Dilaraya:] Mazutlu çalalardan neft yığan bu uşaqları görürsünüzmü? Ə.Məmmədxanlı.
|
MAZUTLUQ (ID - 28094)is. Mazut tökülmüş yer. Mədənlərin ətrafı mazutluqdur.
|
MEBEL (ID - 28095)[fr.] Stol, stul, taxt, şkaf, şifoner və s. kimi ev avadanlığı. Mebel fabriki. Yumşaq mebel. - [Mindilli:] Bu gün sizin üçün yaxşı mebel sifariş elədim. S.Rəhman. Hamballar bir dəst mebel gətirib otaqlara düzdülər. Mir Cəlal.
|
MEBELÇİ (ID - 28096)is. Mebel sənayesi işçisi, mebel ustası.
|
MEBELÇİLİK (ID - 28097)is. Mebelçi peşəsi, ixtisası.
|
MEBELLİ (ID - 28098)sif Mebeli olan, mebellə təchiz olunmuş. Mebelli otaq.
|
Bu səhifə dəfə baxılıb