İzahlı lüğət

MƏLAHƏTLİLİK (ID - 28599)

is. Məlahətli olma.

MƏLAİK(Ə) (ID - 28600)

is. [ər. “mələk” söz. cəmi, Azər. dilində ən çox tək kimi işlənir] Mələk. [Molla deyir:] Balam, mən indiyə kimi saqqalımda bir dəfə də olsun məlaikə görməmişəm. “M.N.Lətif.” // Gözəllik simvolu kimi. Mina bir pəri,...

MƏLAL (ID - 28601)

is. [ər.] Ürək sıxıntısı; usanma, bıqma. // Hüzn, kədər, qəm. Sizdən soran olsa, ata, halım; Keyfiyyəti-möhnətü məlalım. Füzuli. Nədir üzündəki ağlayan kölgə? Bir pəri eşqinin məlalımıdır? Ə.Cavad. Adam var yanında...

MƏLALƏT (ID - 28602)

bax məlal. Sənin həsrətini vilayət çəkər; Qəmzən yayı dəyər, məlalət çəkər. M.P.Vaqif.

MƏLALLI (ID - 28603)

sif Qəmli, kədərli, həzin. Xeyir, o saf qəlbli, məhzun xəyallı; Aşığım bu saat qəmli, məlallı. M.Müşfıq.

MƏLAMƏT (ID - 28604)

is. [ər.] Danlaq, danlama, məzəmmət, töhmət. Ey Füzuli, mən məlamət gövhərinin gənciyəm; Əjdəhadır kim, yatıb çevrəmdə zənciri-cünun. Füzuli. □ Məlamət etmək (eləmək, qılmaq) - məzəmmət etmək, danlamaq, töhmətləndirmək....

MƏLEYKƏ (ID - 28605)

1.Bax məlaikə. [Niyaz:] Amma sənin arvadın bir candır ki, məleykə xasiyyətində. Ə.Haqverdiyev.
2. Bax mələkə.

MƏLƏ (ID - 28606)

is. 1. zool. Çox bərk sancan qanadsız, zəhərli bir cücü.
2. məh. Taxtabiti.

MƏLƏFƏ (ID - 28607)

is. [ər.] Döşəkağı. Bəy mələfəni götürüb, çarşab kimi saldı başına. C.Məmmədquluzadə.

MƏLƏFƏLİ (ID - 28608)

sif Mələfə salınmış, üzərinə mələfə çəkilmiş; döşəkağılı.

MƏLƏK (ID - 28609)

is. [ər.] 1. Dinə görə, Allahın göstəriş və əmrlərini yerinə yetirən, çox gözəl qadın surətində qeyri-maddi qanadlı bir məxluq; məlaikə. Mədhin oxur göy üzündə mələklər; Hər biri bir türfə nidayə düşər. M.V.Vidadi....

MƏLƏKÇÖHRƏ(Lİ) (ID - 28610)

bax mələküzlü.

MƏLƏKƏ (ID - 28611)

is. [ər. məlikə] Padşah arvadı; şahbanu. O, neçə gündür ki, mələkənin dışarı çıxmasını gözləyirmiş. M.S.Ordubadi. 0ah .. həyətə çıxdığı zaman mələkə öz əli ilə onu Quran altından keçirib dalınca dua oxumuşdu. P.Makulu....

MƏLƏKMƏNZƏR (ID - 28612)

is. [ər.] Xalq şerində, folklorda gözəlin epitetlərindən biri. Bərabərin yoxdur huri pəridə; Tək düşübsən mələkmənzər içində. Q.Zakir. Zərbilə danışma, ay mələkmənzər; Adətdir nur alar şəmsdən qəmər. Şair Vəli.

MƏLƏKMİSAL (ID - 28613)

is. [ər.] klas. bax mələkmənzər. Məktəbdə onunla oldu həmdəm; Bir neçə mələkmisal qız həm. Füzuli.

MƏLƏKSİMA(LI) (ID - 28614)

bax mələküzlü. Ey huriliqalım, mələksimalım; Gözəllikdə olmaz kimsə sən kimi! M.P.Vaqif. O mələksimalım, şahbazbaxışlım; O dodağı ballım, ceyran yerişlim. S.Vurğun.

MƏLƏKSURƏT(Lİ) (ID - 28615)

bax mələküzlü.

MƏLƏKUT (ID - 28616)

is. [ər.] Dini təsəvvürə görə, mələklərin və ruhların olduğu yer.

MƏLƏKÜLMÖVT (ID - 28617)

is. [ər. ölüm mələki]
Əzrail. Mən öləndə gördüm, mələkülmövt gəldi. Ə.Haqverdiyev.
2. məc. Çox kifir, bədheybət adam (ən çox qadın) haqqında. Axtarsan, yoxdur cibimdə dinar; Qızım mələkülmövt, oğlum nahəmvar....

MƏLƏKÜZLÜ (ID - 28618)

sif. şair. Üzü mələkə oxşayan, mələk kimi gözəl (gözəlin epitetlərindən biri). [Orxan:] Ah, gözəl çərkəz qızı, nazlı Ismət! Mələküzlü şeytan, incəbel afət! H.Cavid.

MƏLƏKZADƏ (ID - 28619)

MƏLƏLƏMƏ (ID - 28620)

“Mələləmək” dən f.is.

MƏLƏLƏMƏK (ID - 28621)

f Doğmaq vaxtı yaxınlaşanda döşə (yelinə) süd gəlmək.

MƏLƏMƏ (ID - 28622)

“Mələmək” dən f.is. Bu halda Qızıl inəyin mələməsi Qızxanımın qulağına çatdı. S.S.Axundov.

MƏLƏMƏK (ID - 28623)

f 1. Çığırmaq, bağırmaq, səs çıxarmaq (qoyun-quzu, keçi, maral, inək və s. haqqında). Keçimələdi. Maralmələyir. - ..Bir yanda quzular mələyir, bir yanda qıçları bağlı cücə-toyuqlar bağırırdılar. C.Məmmədquluzadə. Ceyran...

MƏLƏR (ID - 28624)

1. sif Ağlar, gözüyaşlı, ağlayan, gözü yaşla dolu.
is. dan. Ev heyvanı. Qapıda mələriyoxdur. - Yan çevirsə talar Rumun elini; Qoymaz ölkələrdə mələr Koroğlu. “Koroğlu” .
□ Anası mələr qalmaq - bax ana. [Qumru:] Kim...

MƏLƏRTİ (ID - 28625)

is. 1. Mələmə səsi. Qoyun mələrtisi. - ..Qoyun-quzunun mələrtisi dağdadaşda əks-səda verirdi. B.Bayramov.
2. B ax mələr 2-ci mənada. Ömründə bunların qapısı nə mələrti, nə də xırmanları qılçıq tanıyar. S.Rəhimov.

MƏLƏS (ID - 28626)

sif. Turşaşirin, meyxoş, şirintəhər, turşməzə. Mələs nar.

MƏLƏŞMƏ (ID - 28627)

“Mələşmək” dən f.is. Qoyun mələşməsi, çoban tütəyi; Çəkir uzaqlara xəyalı, yaylaq. Aşıq Ələsgər. Quzuları qoyunlara qatmışdılar. Bir mələşmə vardı ki, gəl görəsən. R.Rza.

MƏLƏŞMƏK (ID - 28628)

qarş. 1. Hamı bir yerdə mələmək, səs-səsə verib mələmək. Qoyun-quzu mələşir. - Mələşmir sürülər, kişnəmir atlar; Niyəpərişandır halların, dağlar! Aşıq Ələsgər. Ürgələr oynaşır, atlar güləşir; Qoyunlar səs-səsə...

MƏLƏTMƏ (ID - 28629)

“Mələtmək” dən fis.

MƏLƏTMƏK (ID - 28630)

icb. Mələməsinə səbəb olmaq, ağlatmaq, sızıldatmaq. Uşağı mələtmək.

MƏLƏZ (ID - 28631)

sif [ər. mələs] 1. Müxtəlif irqdən törəmiş; metis. Mələz adam.
2. Başqa-başqa cinslərin birləşməsindən törəmiş, qarışıq olan; hibrid. Mələz qoyun. Mələz arı. // İs. mənasında. Mələzlər daha yaxşı kökəlir. - Cıdır...

MƏLƏZLƏŞDİRİLMƏ (ID - 28632)

“Mələzləşdirilmək” dən f.is.

MƏLƏZLƏŞDİRİLMƏK (ID - 28633)

məch. Cinsləri yaxşılaşdırmaq üçün cütləşdirilmək; hibridləşdirilmək (bitki və heyvanlar haqqında).

MƏLƏZLƏŞDİRMƏ (ID - 28634)

“Mələzləşdirmək” dən f.is. Azərbaycan camışlarını başqa camış cinsləri ilə mələzləşdirmə yolu ilə təkmilləşdirmək də vacib məsələlərdən biridir. A.Ağaoğlu.

MƏLƏZLƏŞDİRMƏK (ID - 28635)

f Keyfiyyətcə daha yaxşı növlər və cinslər almaq məqsədilə müxtəlif heyvan və bitki cinslərini cütləşdirmək; hibridləşdirmək.

MƏLHƏM (ID - 28636)

is. [ər. mərhəm] 1. Yaraya və ya ağrıyan yerlərə sürtülən yağlı dərman. Yaraya məlhəm yaxmaq. - Hələ qədim Misirdə məlhəmlər, həblər, xardal yaxmaları işlədirdilər. R.Əliyev. Ağacdan sirkə, efir yağları, kafur yağı,...

MƏLİH (ID - 28637)

sif. [ər.] Məlahətli, gözəşirin, xoşagələn, şirin, duzlu. Rozanın məlih ahəngi Firuzun ruhunu, hissini oxşarkən ofikirləşirdi. H.Nəzərli.

MƏLİK (ID - 28638)

is. [ər.] Hökmdar, padşah.

MƏLİKƏ (ID - 28639)

bax mələkə. [2-ci cariyə:] Nazlı məlikəmiz Südabə, əfisus; Hər sevincə qarşı kədərli, məyus. H.Cavid.

MƏLİKLİK (ID - 28640)

is. Hökmdarlıq, şahlıq, padşahlıq.

MƏLİKÜŞŞÜƏRA (ID - 28641)

is. [ər.] tar. Keçmişdə: hökmdar tərəfindən ən görkəmli saray şairinə verilən fəxri ad; şairlər başçısı.

MƏLKƏMUT (ID - 28642)

“Mələkülmövt” sözünün danışıqda işlənən forması. Məlkəmutun biridir.

MƏLUL (ID - 28643)

sif. və zərf [ər.] Məlallı, qəmgin, məyus, məhzun; bezgin, usanmış. Məlul görkəm. - Bülbül, neçin, xəzani-sitəmindən məlulsən? Gəl baxgilən, bənim gözüm ilə baharı gör. Qövsi. [Yaşlı kişi] hər zaman məlul və qəmgin...

MƏLULCASINA (ID - 28644)

b a x məlul-məlul. Məlulcasına baxmaq.

MƏLULLUQ (ID - 28645)

is. Hüzn, kədər, məyusluq; üzgünlük. [Bəhram:] Ax, [Saranın] o ahu baxışlarında nə qədər məlulluq! C.Cabbarlı.

MƏLUM (ID - 28646)

sif. [ər.] 1. Bilinən, bilinmiş; bəlli, aydın, aşkar, hamıya bəlli olan (məchul əksi). Məlum şey. Məlum məsələ. - Bunların biri cüzamlı Abbas idi, qalanının qaranlıqda kim olduqları məlum deyil idi. Çəmənzəminli. Quşun gözəlliyini...

MƏLUMAT (ID - 28647)

is. [ər. “məlum” söz. cəmi]
Bir şey haqqında bilik, xəbərdarlıq. [Ənisə] özünü bilik və məlumatca heç kəsdən aşağı tutmayırdı. S.Hüseyn. Həcər qarının çox geniş məlumatı və zəngin təcrübəsi var idi. Ə.Sadıq.
Bir...

MƏLUMATFÜRUŞ (ID - 28648)

is. [ər. məlumat fars. ...füruş] Özünü hərtərəfli bilikli göstərməyə, öz biliyini nümayiş etdirərək, başqalarına ağıl öyrətməyə çalışan adam.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed