MÜTƏMADİ (ID - 30299)sif [ər.] Sürəkli, ara verməyən, davamlı, daimi surətdə baş verib gedən. O gündən etibarən Qurbanlı mütəmadi ziyarətlərə davam etdi. Çəmənzəminli. Mütəmadi fikir, şiddətli ürək döyüntüsü [Əzizbəyovu] yatmağa qoymurdu....
|
MÜTƏMADİYƏN (ID - 30300)zərf [ər.] Aramsız, ara vermədən, fasiləsiz, daim. Soyuq külək şiddətlə əsir, pəncərə şüşələrini mütəmadiyən cingildədirdi. M.Hüseyn.
|
MÜTƏNASİB (ID - 30301)sif [ər.] 1. Bir-birinə uyğun gələn, müvafiq olan, müntəzəm, bir nisbətdə olan. // Üz və bədən üzvləri bir-birinə tam uyğun olan; tənasüblü. [Xanım] uzun mütənasib boylu, sağlam bədənli, iri qara gözlü bir qadın idi. H.Nəzərli....
|
MÜTƏNASİBLİK (ID - 30302)is. Hissələri arasında tam uyğunluq; tənasüblük. Abidənin mütənasibliyi. Bədənin mütənasibliyi.
|
MÜTƏNCƏM (ID - 30303)is. aşp. Tikə ətdən, qaysı, kişmiş və albuxaradan bişirilən xuruş. Bişdikcə qazan-qazan mütəncəm; Yad et məni, yağlı-yağlı yad et! M.Ə.Sabir.
|
MÜTƏRCİM (ID - 30304) |
MÜTƏRCİMLİK (ID - 30305)is. Tərcüməçilik.
|
MÜTƏRƏDDİD (ID - 30306)sif. [ər.] Müəyyən qərara gələ bilməyən, qərarsız, çaş-baş qalmış, tərəddüd edən. Mütərəddid adam. - Ana mütərəddid halda bir xeyli səssiz dayanıb, köksünü ötürə-ötürə oğluna baxdı. M.Hüseyn. [Aydın] mütərəddid...
|
MÜTƏRƏDDİDLİK (ID - 30307)is. Tərəddüd etmə, qəti qərara gələ bilməmə, çaş qalma; qətiyyətsizlik. Bəzi mühərrirlərin xırda burjua mütərəddidliyi, .. məhdudluğu jurnalın səhifələrində əks olunmaya bilməzdi. M.İbrahimov.
|
MÜTƏRƏQQİ (ID - 30308)sif. [ər.] 1. Siyasi, ictimai və iqtisadi cəhətdən qabaqcıl, ictimai inkişafa kömək edən; qabaqcıl. Mütərəqqi bəşəriyyət. - [Həkim] bu işlərə qarışmasa da çox fikriaçıq və mütərəqqi bir şəxsdir. M.İbrahimov.
2. Getdikcə... |
MÜTƏRƏQQİLİK (ID - 30309)is. Mütərəqqi olma, inkişafa kömək etmə; qabaqcıllıq.
|
MÜTƏŞƏKKİL (ID - 30310)sif. [ər.] 1. Təşkil olunmuş, ciddi nizam və intizama tabe. Mütəşəkkil mübarizə. Mütəşəkkil fəhlə hərəkatı.
..Hərəkata səthi bir nəzər salanda .. mütəşəkkil və müntəzəm əllər tərəfindən düzəldiyi məlum olurdu.... |
MÜTƏŞƏKKİLLƏŞDİRMƏ (ID - 30311)“Mütəşəkkilləşdirmək” dən f.is.
|
MÜTƏŞƏKKİLLƏŞDİRMƏK (ID - 30312)f Mütəşəkkil şəklə salmaq, müəyyən qayda və qanuna tabe etdirmək, nizama salmaq.
|
MÜTƏŞƏKKİLLƏŞMƏ (ID - 30313)“Mütəşəkkilləşmək” dən f.is.
|
MÜTƏŞƏKKİLLƏŞMƏK (ID - 30314)f Mütəşəkkil şəklə düşmək, müəyyən qayda və qanuna tabe olmaq, mütəşəkkil olmaq.
|
MÜTƏŞƏKKİLLİK (ID - 30315)is. Mütəşəkkil şeyin hal və keyfiyyəti. Mübarizənin mütəşəkkilliyi.
|
MÜTƏVƏCCEH (ID - 30316)sif. [ər.]: mütəvəcceh olmaq - 1) qulluq etmək, qayğısını çəkmək, baxmaq, gözü üstündə olmaq, muğayat olmaq. Uşaqlara mütəvəcceh olmaq. - [Məmmədhəsən əmi] gecə və gündüz bu heyvana mütəvəcceh olur ki, onu yolda qoymasın....
|
MÜTİ (ID - 30317)sif [ər.] İtaət edən, hər şeyə boyun əyən, tabe olan, itaətli. - Görmə! - Baş üstə, yumaram gözlərim. - Dinmə! - Mütiəm, kəsərəm sözlərim. M.Ə.Sabir. Şərif ki hər zaman [Molla Xəlilin] müti və itaətkar bir müridi idi,...
|
MÜTİCƏSİNƏ (ID - 30318)zərf Hər əmrə, buyruğa hazır vəziyyətdə, tabe halda. Müticəsinə qulaq asmaq. Müticəsinə əmri yerinə yetirmək.
|
MÜTİLƏŞDİRMƏ (ID - 30319)“Mütiləşdirmək” dən f.is.
|
MÜTİLƏŞDİRMƏK (ID - 30320)f. İtaətə, boyun əyməyə, tabe olmağa, hər əmri yerinə yetirməyə məcbur etmək.
|
MÜTİLİK (ID - 30321)is. Müti adamın vəziyyəti, itaət, hər şeyə boyun əymə. Muxtar bir uşaq mütiliyi ilə gözlərini döydü, papirosunu sümürəsümürə çadırdan çıxdı. B.Bayramov.
|
MÜTLƏQ (ID - 30322)zərf [ər.] 1. Labüd, şübhəsiz, əlbəttə, yəqin, hər halda. Həqiqət axtarılan yerdə də mütləq ixtilaf olur. C.Məmmədquluzadə. [İsmət:] Getmiş, artıq əsər yox qəhrəmandan; Mütləq məni eyləyirmiş imtəhan. Cavid. // Hər...
|
MÜTLƏQA (ID - 30323)zərf [ər.] 1. Mütləq, əlbəttə, hər necə olursa, hökmən, sözsüz, danışıqsız, şübhəsiz. Belə bir qənaət var idi ki, artist mütləqa suflyor altında getməlidir. S.Rəhman. [Mirzə Həsən:] Bundan mütləqa istifadə etmək və...
|
MÜTLƏQİYYƏT (ID - 30324)is. [ər.] Ali dövlət hakimiyyətinin bir nəfərin - padşahın əlində olduğu idarə üsulu, qeyri-məhdud monarxiya, mütləq hakimiyyət. Inqilabi hərəkat geniş lənərək mütləqiyyəti daha artıq sarsıtdıqca mətbuat və söz azadlığı...
|
MÜTLƏQİYYƏTÇİ (ID - 30325)is. Mütləqiyyət tərəfdarı; mütləqiyyətə əsaslanan.
|
MÜTRÜB (ID - 30326)is. [ər. mütrib] 1. Keçmişdə musiqinin müşayiəti ilə toylarda rəqs edən oğlan (bəzən qız). ..Qorxurdum ki, özlərinə bir qəpik də saxlamayalar ki, mütrüb-zad oynadanda şabaş verələr. C.Məmmədquluzadə. Dəfçalan, zurnaçı,...
|
MÜTRÜBLÜK (ID - 30327)is. Özünü mütrübə oxşatma, oyun çıxartma; yüngüllük, oyunbazlıq.
|
MÜTTƏFİQ (ID - 30328)is. [ər.] 1. Birlikdə hərəkət etmək və ya başqa bir məqsəd üçün ittifaq bağlamış tərəflərdən hər biri. Müttəfiqinə kömək etmək. Müttəfiqlərin birgə hərəkəti. Müttəfiqlərin təyyarələri çox vaxt .. kiçik meydançanın...
|
MÜTTƏFİQƏN (ID - 30329)zərfi [ər.] Bir səslə, birlikdə, yekdilliklə, həmrəyliklə. Buranın kamil təbibləri müttəfiqən sənə vacib görürlər, fürsəti fövtə verməyib gedəsən İrəvana. C.Məmmədquluzadə.
|
MÜTTƏFİQLİK (ID - 30330)is. Müttəfiq olma; ittifaq, həmrəylik, birlik, bağlılıq.
|
MÜTTƏHİD (ID - 30331)sif. [ər.] Birləşmiş, birgə.
|
MÜTTƏHİM (ID - 30332)is. [ər.] İttiham olunan; günahkar, müqəssir, məhkəmədə ittiham edilən adam. Müttəhimi dindirmək. Müttəhimin müdafiəçisi. // Sif. mənasında. [Sədr:] Müttəhim
Baxşının qiyamçılar təşkilatlarına mənsub olmağı haqqında... |
MÜTTƏHİMLİK (ID - 30333)is. Müttəhim olma; günahkarlıq, təqsirlilik. Müttəhimliyi üstündən götürüldü.
|
MÜTTƏSİL (ID - 30334)[ər.] 1. sif. Arasıkəsilməyən, biri-birinin dalınca davam edən; bitişik, bağlanmış.
zərfi Arası kəsilmədən, ara vermədən davam edən. Bəzi vaxt yağış başlayanda bir həftə müttəsilyağır. Ə.Haqverdiyev. Nəriman babasının... |
MÜVAFİQ (ID - 30335)sif. [ər.] Uyğun, uyar, həmahəng. Sənsən mənə həmdəmi-müvafiq. Füzuli. [Odunçu və iki oğlu] musiqinin üsuluna (taktına) müvafiq odun yarırlar və balta endikcə, “hey!” edirlər. Ü.Hacıbəyov. □ Müvafiq olmaq - uyğun olmaq,...
|
MÜVAFİQƏT (ID - 30336)is. [ər.] 1. Uyğun gəlmə, düz gəlmə, uyğunluq, münasib olma, münasiblik.
Uzlaşma, razılaşma, həmrəylik. Aralarında müvafiqət yoxdur. |
MÜVAZİ (ID - 30337)sif. [ər.] Bir istiqamətdə, kəsişmədən yan-yana uzanan. Müvazi yol. Müvazi xətlər. - ..Uzanan şose yolu ilə müvazi (z.) şütüyüb gələn Alagöz çayı gürzə kimi parıldayırdı. M.Hüseyn.
|
MÜVAZİLİK (ID - 30338)is. Müvazi olma; paralelizm.
|
MÜVAZİNƏ(T) (ID - 30339)is. [ər.] 1. fiz. Bərabər və əks istiqamətdə olduqlarına görə bir-birini məhv edən qüvvələrin təsiri nəticəsində cismin hərəkətsizlik, sükunət halı. Olduğu vəziyyəti saxlama, vəziyyətdə sabitlik; dayanıqlıq, duruş. Müvazinətini...
|
MÜVAZİNƏTLƏŞDİRMƏ (ID - 30340)“Müvazinətləşdirmək” dən f.is.
|
MÜVAZİNƏTLƏŞDİRMƏK (ID - 30341)f Vəznlərini uyğunlaşdırmaq, tarazlaşdırmaq, bərabərləşdirmək.
|
MÜVAZİNƏTLƏŞMƏ (ID - 30342)“Müvazinətləşmək” dən fis.
|
MÜVAZİNƏTLƏŞMƏK (ID - 30343)f. Vəznləri uyğunlaşmaq, tarazlaşmaq, bərabərləşmək.
|
MÜVAZİNƏTLİ (ID - 30344)sif. xüs. 1. Müvazinəti olan; vəzncə uyğun, taraz, bərabər.
2. Sabit vəziyyətdə, durumda olan. // Sakit. |
MÜVAZİNƏTLİLİK (ID - 30345)is. 1. Müvazinəti olan şeyin halı, uyğunluq, tarazlıq, bərabərlik.
2. Sabit vəziyyətdə, durumda olma. |
MÜVAZİNƏTSİZ (ID - 30346)sif Müvazinəti olmayan, müvazinəti itmiş.
|
MÜVAZİNƏTSİZLİK (ID - 30347)is. Müvazinəti olmayan şeyin halı; uyğunsuzluq.
|
MÜVƏFFƏQ (ID - 30348)is. [ər.]: müvəffəq olmaq nail olmaq, əldə etmək, istəyinə yetişmək, məqsədinə çatmaq. Zeynal ötəyə-bəriyə müraciət edib sabiq xidmətini geri istəyirdisə də, müvəffəq olmayırdı. S.Hüseyn.
|
Bu səhifə dəfə baxılıb