
MÜTİsif [ər.] İtaət edən, hər şeyə boyun əyən, tabe olan, itaətli. - Görmə! - Baş üstə, yumaram gözlərim. - Dinmə! - Mütiəm, kəsərəm sözlərim. M.Ə.Sabir. Şərif ki hər zaman [Molla Xəlilin] müti və itaətkar bir müridi idi, bütün bayır işlərini ona gördürərdi. S.Hüseyn.
Paylaşın - Hamı bilsin
|