
MÜTLƏQAzərf [ər.] 1. Mütləq, əlbəttə, hər necə olursa, hökmən, sözsüz, danışıqsız, şübhəsiz. Belə bir qənaət var idi ki, artist mütləqa suflyor altında getməlidir. S.Rəhman. [Mirzə Həsən:] Bundan mütləqa istifadə etmək və xalqı bir daha hərəkətə gətirmək lazımdır. P.Makulu.
2. Qətiyyən, əsla. Bunlar mənə əsər eylərmi? Mütləqa yox! Yox! C.Cabbarlı. Paylaşın - Hamı bilsin
|