İzahlı lüğət

MƏLUMATFÜRUŞLUQ (ID - 28649)

is. Məlumatfüruşun təfəkkür tərzi.

MƏLUMATLI (ID - 28650)

sif. 1. Məlumatı olan; çox şey bilən, geniş dünyagörüşünə malik olan; bilikli. Məlumatlı adam. - Qadının qarşısında gözəl, yaraşıqlı, ədəbli, məlumatlı və mədəni bir gənc oturmuşdu. M.S.Ordubadi.
Xəbəri olan, xəbərdar....

MƏLUMATSIZ (ID - 28651)

sif 1. Məlumatı olmayan, dünyagörüşü dar olan; biliksiz. Məlumatsız adam.
Xəbəri olmayan, bixəbər, xəbərsiz.

MƏLUMLUQ (ID - 28652)

is. Aydınlıq, aşkarlıq, məlum olma.

MƏLUN (ID - 28653)

sif və is. [ər.] Əsil mənası “lənətə gəlmiş” , “lənətlənmiş” , “Allahın rəhmətindən məhrum” , “mürtəd” olub, Azərbaycan dilində söyüş, qarğış mənasında işlənir. [Nəcəf bəy:] Bu da Aslan bəy, mənim...

MƏMANİƏT (ID - 28654)

is. [ər. mümaniət] Maneçilik, əngəl, maneə. Təlim ilinin başlanmasını böyük iztirab içində gözləyir, qarşıda olan məmaniətləri rədd etmək üçün vasitələr arayırdıq. T.Ş.Simurq. Indi artıq məmaniətə rast gəlmədən batareyanın...

MƏMANİƏTLİ (ID - 28655)

sif. və zərfi Məmaniəti olan, maneəli, əngəlli.

MƏMANİƏTSİZ (ID - 28656)

sif. və zərfi Məmaniət olmadan, heç bir maneəyə rast gəlmədən, maneəsiz, sərbəst, azad, əngəlsiz. [Mirzə Həsən:] Şura qoşunu məmaniətsiz Bakıya girə biləcək. Ə.Haqverdiyev.

MƏMAT (ID - 28657)

is. [ər.] Ölüm, vəfat. Bəhrifiənadə fiani ol, gör ki, nə xoş həyat olur; Abihəyatmış fiəna, gərçi adı məmat olur. Nəsimi. Həvəs sövq eylər insanı həyatə; Ətalət cəlb edər şəxsi məmatə. M.Ə.Sabir. □ Həyat və məmat...

MƏMƏ1 (ID - 28658)

is. 1. Uşaqları əmizdirmək üçün qadınların döş hissəsində yerləşmiş yumru şəkildə olan iki süd vəzilərindən hər biri; döş. // Məməli heyvanlarda süd ifraz edən orqan; yelin.
Bax məməcik 2-ci mənada. Gözün məməsi.
xüs....

MƏMƏ2 (ID - 28659)

is. məc. Ana. [Şərəfnisə xanım:] Əgər məməm deyən dərviş olmasaydı, şəksiz Müsyö Jordan Şahbazı aparacaqdı. M.F.Axundzadə. [Məmməd bacısı Fatmaya:] ..Niyə nənəm Məlikməmmədin nağılını söyləyəndə .. məmənin qucağına...

MƏMƏCİK (ID - 28660)

is. 1. Balaca məmə, kiçik məmə. Quzunun məməciyi.
anat. Görmə sinirinin göz almasına daxil olduğu yer.
anat. Dərinin üstündə selikli qişada həssas çıxıntı.

MƏMƏCİKLİ (ID - 28661)

sif. Məməciyi olan, çıxıntılı (bax məməcik 3-cü mənada).

MƏMƏÇİ (ID - 28662)

is. məh. Südü olmayan qadınların uşağını əmizdirib saxlayan qadın; dayə.

MƏMƏLİ (ID - 28663)

sif. Məməsi olan. □ Məməli heyvanlar - bax məməlilər. Soyuq ölkələrdə yaşayan məməli heyvanların dərilərindəki tükhəm sıx, həm də çox olur. M.Axundov.

MƏMƏLİLƏR (ID - 28664)

cəm, zool. Balalarını öz südü ilə bəsləyən ali onurğalı heyvanlar sinfinin adı. İlk məməlilər sürünənlərdən əmələ gəlmişdir. “Ümumi zootexniya” .

MƏMƏŞ (ID - 28665)

is. uş. Məmə.

MƏMƏYEYƏN (ID - 28666)

is.: məməyeyəndən-pəpəyeyənə qədər (kimi) - böyüklü-kiçikli, hamı, hamısı (adamlar haqqında). Əhalidə olan bu sevinc məməyeyəndən-pəpəyeyənə kimi hamının ürəyindən axıb gəlirdi. Ə.Vəliyev. [Nisə xanım:] Məməyeyəndənpəpəyeyənə...

MƏMLƏKƏT (ID - 28667)

MƏMLUK (ID - 28668)

is. [ər.] tar. 1. Vaxtilə Misirdə olmuş hərbi zadəgan silki və bu silkə mənsub şəxs (bu silk ibtidada Türkiyə sultanlarının şəxsi qvardiyasını təşkil etmiş çərkəz qullardan əmələ gəlmişdi).
2. Napoleon Bonapartın Misir...

MƏMNU (ID - 28669)

is. [ər.] Qadağan, qadağan edilmiş, yasaq.

MƏMNUN (ID - 28670)

sif [ər.] 1. Razı olan, razı, xoşnud. Neyləmişsən Molla Səfi, Bəybaba; Məmnundu, əzizim, bu qədər səndən. Q.Zakir. [Kor Seyid] Məsmənin bu təşəbbüsündən məmnun deyilmiş. S.Hüseyn. // Zərf mənasında. Razı, xoşhal; sevincək....

MƏMNUNİYYƏT (ID - 28671)

[ər.] 1. Bax məmnunluq. [Hacı Qulu] dodaqlarında məmnuniyyət andıran bir təbəssüm olduğu halda [dedi]. Şaiq. Xəlilin qanı coşdu, həyatına qarşı olan məmnuniyyətinin həddi yox idi. Çəmənzəminli.
2. Məmnuniyyətlə şəklində...

MƏMNUNLUQ (ID - 28672)

is. 1. Xoşhallıq, razılıq, sevinc. Məmnunluğunu ifadə etmək.
2. Məmnunluqla şəklində zərfi - bax məmnuniyyətlə (“məmnuniyyət” də). Vahid də bu gün xoş bir xatircəmlik, məmnunluqla evə qayıtdı. Mir Cəlal.

MƏMUL (ID - 28673)

[ər.] sif. Hazırlanmış, düzəldilmiş. [Cehiz üçün] iki dəst yorğan-döşək, nazbalış, .. gümüşdən məmul zirəndazlar.. tədarük görüləcəkdir. R.Əfəndiyev.

MƏMULAT (ID - 28674)

is. [ər. emal olunmuş şeylər] Fabrik və ya başqa vasitələrlə istehsal olunmuş, hazırlanmış şeylər, məhsullar. Zavodun məmulatı. // Həmin məhsulun eyni qrupa daxil olan növü. Saxsı məmulatı. Kulinariya məmulatı.

MƏMUR1 (ID - 28675)

[ər.] köhn. 1. is. Dövlət idarələrində (əsasən, məhkəmə, polis və s.) çalışan qulluqçu; dövlət xidmətçisi, çinovnik. Hökumət məmuru. - Hər kəs [Zeynala] adi bir idarə məmuru kimi baxırmış. S.Hüseyn. Qarşımızı polis...

MƏMUR2 (ID - 28676)

is. [ər.] klas. Abad, abadan. Qoy cahan elm ilə pürnur olsun; Vətən o sayədə məmur olsun. A.Səhhət. Qalmadı bərqərar bir xanə; Cümlə məmur oldu viranə. M.Ə.Sabir. // Əhalisi olan, məskun, şen.

MƏMURİYYƏT (ID - 28677)

is. [ər.] köhn. Dövlət xidmətində olma; vəzifə, xidmət, qulluq.
Q zaman mənim məmuriyyətim Ənzəlidə idi. S.Hüseyn.

MƏN1 (ID - 28678)

Danışan adamı bildirən birinci şəxs əvəzliyinin təki. Mən sonra gələrəm. Mən deyən oldu. - Ah, mən gündən-günə bu gözəlləşən; Işıqlı dünyadan necə əl çəkim? M.Müşfiq.
□ Mən ölüm dan. - xahiş və ya yalvarış...

MƏN2 (ID - 28679)

is. [ər.] köhn. Qadağan, yasaq; buraxmama, qoymama, yol verməmə. □ Mən etmək - qadağan etmək, qoymamaq, yol verməmək, icazə verməmək, daşındırmaq. Sahibi-xanə qardaşının sözlərini eşidib, onu bu xatalı səfərdən mən edir....

MƏNA (ID - 28680)

is. [ər.] 1. Sözün, cümlənin ifadə etdiyi məfhum, anlayış. Sözün hərfi mənası. Həqiqi məna. Məcazi məna. - Ləfz özü bir ləfzdir, amma ki, məna müxtəlif. S.Ə.Şirvani. Sözlərdəki məna səslərdəki titrəyiş isə [Rüstəmə]...

MƏNACA (ID - 28681)

zərf Mənaya görə, məna cəhətdən; məzmunca. Mənaca dərin əsər. Mənaca təhrif olunmuş ifadə.

MƏNAFE (ID - 28682)

is. [ər. “mənfəət” söz. cəmi]
Mənfəət, fayda, nəf, xeyir. Mənim dediyim budur ki, pul qazanmaqda sairlərinin mənafeyinə əl uzatmayasan. Ü.Hacıbəyov.
Bir kəsin, bir şeyin rifahını təşkil edən, onun xeyrinə olan, ehtiyac...

MƏNALANDIRMA (ID - 28683)

“Mənalandırmaq” dan f.is.

MƏNALANDIRMAQ (ID - 28684)

f 1. Mənasını açmaq, şərh etmək, izah etmək, məna vermək. Birinci dəfə idi ki, başına gələn işləri bir tarix, bir ictimai əhəmiyyətli hadisə kimi mənalandırırdı. Mir Cəlal.
2. Məna vermək, qiymətləndirmək, müəyyən...

MƏNALANMA (ID - 28685)

“Mənalanmaq” dan f.is.

MƏNALANMAQ (ID - 28686)

f 1. Məna almaq, müəyyənləşmək, aydınlaşmaq. Qoşmada sözlər inci kimi seçilmiş, mənalanmış, musiqi parçası kimi bəstələnmişdir. M.İbrahimov. Məna qazanmaq, əhəmiyyət qazanmaq, əhəmiyyət kəsb etmək. Ömür mənalanır şirin...

MƏNALI (ID - 28687)

sif 1. Mənası olan, müəyyən mənaya malik. Həqiqi mənalı söz. Məcazi mənalı söz.
Böyük daxili məzmunu, mənası olan; dolğun, ağıllı. Mənalı söz. Mənalı həyat. -Dedim: - Qızım, bu sualın; Nə dərindir, nə mənalı? N.Rəfibəyli.
məc....

MƏNALILIQ (ID - 28688)

is. Müəyyən mənaya malik olma, məna daşıma, mənalı olma. Sözün mənalılığı.

MƏNASIZ (ID - 28689)

sif 1. Mənası olmayan, heç bir məna daşımayan. [Cavanlar] ancaq axırıncı bir-iki mənasız sözü dəyişmədən təkrar edirdilər.. Ə.Əbülhəsən. Odur ki, mənasızdır, bil, verdiyin bu sual. Z.Xəlil. Məzmunca əhəmiyyətsiz, məzmunsuz,...

MƏNASIZLIQ (ID - 28690)

MƏNBƏ (ID - 28691)

is. [ər.] 1. Yeraltı suların çıxdığı yer; qaynaq, bulaq, çeşmə.
məc. Əsasmı, başlanğıcmı təşkil edən şey. Xammal mənbələri. Gəlir mənbəyi. - Otağın işıq mənbəyi bircə qapı və bir də damdakı şüşələnmiş balaca...

MƏNBƏŞÜNAS (ID - 28692)

is. [ər. mənbə və fars. ...şünas] Mənbəşünaslıq mütəxəssisi; məxəzşünas.

MƏNBƏŞÜNASLIQ (ID - 28693)

is. Tarixi mənbələrin tədqiqi və onlardan istifadə üsullarmı işləyib hazırlayan köməkçi fənn, habelə həmin mənbələrin özü; məxəzşünaslıq.

MƏNCƏ (ID - 28694)

Mənə görə, mənim fikrimcə, mənim düşündüyümə görə. Gözəl olur bu yerlərin səhəri; Məncə vardır dünyalara dəyəri. Şaiq. [Nadir bəy:] Məncə gözəllik zövqə aid bir şeydir. H.Cavid.

MƏNCİYƏZ (ID - 28695)

“Mən” dən oxş. [Gülçöhrə:] Yox, mənciyəz görüb bəyənməyincə ərə getməyəcəyəm. Ü.Hacıbəyov. [Xanımnaz:] ..Mənciyəz şəhərə gedirəm. C.Cabbarlı. [Həcər:] Mənciyəz anamdan yeyərdim töhmət. S.Rüstəm.

MƏNDƏCƏR (ID - 28696)

is. Əkilməmiş yer, xam torpaq. [Padşahm] imarətinin dalında bir məndəcər vardı, həmin məndəcərin günçıxan əlində bir dərin quyu qazıyıb, sandığı basdırıb quyuya.. (Nağıl).

MƏNDƏCƏRLİK (ID - 28697)

is. Məndəcər yer.

MƏNDİL1 (ID - 28698)

is. [ər.] 1. Cib dəsmalı, yaylıq. Xətayini görcək xəta eylədim; Ləl, gövhər bir məndilə bükülmüş. Aşıq Valeh. Cibindən bir məndil çıxarıb göz yaşlarını silir. H.Cavid.
2. məh. Ləçək.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed