
MƏMNUNİYYƏT[ər.] 1. Bax məmnunluq. [Hacı Qulu] dodaqlarında məmnuniyyət andıran bir təbəssüm olduğu halda [dedi]. Şaiq. Xəlilin qanı coşdu, həyatına qarşı olan məmnuniyyətinin həddi yox idi. Çəmənzəminli.
2. Məmnuniyyətlə şəklində zərfi- xoşluqla, razılıqla; şad olaraq, sevinərək, məmnun halda, məmnunluqla. Aslan məmnuniyyətlə razı olub, Hacıdan xahiş elədi ki, pulsuz da xidmət etməyə hazırdır. C.Cabbarlı. Gülzar məmnuniyyətlə dolu gözlərini Rüstəmə tərəfiqaldırıb gülümsədi. T.Ş.Simurq. Paylaşın - Hamı bilsin
|